Şənbə , Noyabr 23 2019
Ana səhifə / Media / Evlənmək istəyən 11602 nəfərdə xəstəlik tapılıb – Azərbaycanda

Evlənmək istəyən 11602 nəfərdə xəstəlik tapılıb – Azərbaycanda

Bu ilin yanvar ayının sonuna qədər Azərbaycanda nikaha daxil olmaq istəyən 238509 nəfər icbari tibbi müayinədən keçib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 1 iyun 2015-ci il – 31 yanvar 2017-cı il tarixlərində müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da, əksər cütlüklərin sağlamlıq durumu qənaətbəxş olub.

Tətbiq olunduğu andan indiyə kimi müayinədən keçmiş 10501 nəfərdə talassemiya daşıyıcılığı, 935 nəfərdə sifilis, 166 nəfərdə isə QİÇS aşkar olunub.

Qeyd edək ki, “Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiqi ilə əlaqədar, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər. Nazirlər Kabineti tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydaları təsdiqlənib, tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib. Bu məqsədlə səhiyyə müəssisələrində zəruri şərait yaradılıb.

Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinə və məsləhətlər pulsuzdur.

Həmçinin oxuyun

Baş redaktordan erməni əsilli olması ittihamına cavab: – “Anaların milliyyəti olmur”

Bu günlərdə tanınmış jurnalist Əntiqə Rəşid çalışdığı “Qarabağ” qəzetindən qanunsuz yerə işdən çıxarıldığını iddia edən …

Bir cavab yazın