Şənbə , Aprel 27 2024
Ana səhifə / Media / Etibar Hüseynov “Sitatın sonu” verilişini bərpa etmək istəyir

Etibar Hüseynov “Sitatın sonu” verilişini bərpa etmək istəyir

“Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) rəhbərliyi dəyişdirildikdən sonra kanalda bir sıra şou verilişlərinin yayımı dayandırıldı. Məlumatlara görə, yeni rəhbərlik daha çox informasiya xarakterli proqramlara üstünlük verəcək. 

Bir zamanlar kanalda sabiq deputat Etibar Hüseynovun siyasi məsələlərin müzakirə edildiyi “Sitatın sonu” adlı proqramı vardı. Bəs bu proqram yenidən bərpa ediləcəkmi?

Məsələ ilə bağlı musavat.com-a danışan E. Hüseynov bildirib ki, “Sitatın sonu” efirdə olduğu müddətdə tək ATV- də deyil, ümumilikdə Azərbaycan teleməkanında ən baxılan proqramlardan biri olub:

“Bunu mən özümdən demirəm, reytinq sorğularının göstəricilərinə əsaslanıb söyləyirəm. Amma Vüqar Qaradağlı heç bir əsas gətirmədən proqramı bağladı. Mənə heç maaş da vermirdilər ki, maliyyə çətinliyi filan da bəhanə gətirsinlər. ATV-də efirdə olduğum 3 il müddətində Qaradağlı buna 2 dəfə cəhd etsə də sonunda proqramı bağladı”.

Verilişi V.Qaradağlının hansı səbəbdən bağlamaq istəməsinə gəlincə isə E.Hüseynov aşağıdakıları bildirdi:

“Səbəb çox sadə idi. Məlum məsələdi ki, bizdə reklamı, şou-proqramlara verirlər, nəinki, siyasi verilişlərə. Ona görə də “Sitatın sonu”nu bağlayıb, yerində “Yoxlama” tipli “pullu” proqram açırdı. Başqa səbəblər də var ki, onlar haqda danışmaq istəmirəm”.

E.Hüseynov bildirib ki, proqramının bərpası ilə bağlı bir müddət sonra kanalın rəhbərliyinə müraciət etməyi düşünür:

“Hazırda yəqin ki, yeni rəhbərliyin başı qarışıqdır. Ona görə də, bir müddət sonra müraciət etmək fikrim var. Hər halda “Sitatın sonu” müəyyən tarixə malik bir proqramdı. 1000-dən artıq buraxılışı efir üzü görüb. Bu ilin dekabrında 15 yaşı olacaq. Hər halda istəməzdim ki, yubiley gününü efirsiz qeyd edək”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …