Şənbə , Avqust 24 2019
Ana səhifə / Media / Eldar Əzizov bələdiyyə sədrlərinə xəbərdarlıq etdi

Eldar Əzizov bələdiyyə sədrlərinə xəbərdarlıq etdi

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda prezident tərəvindən irəli sürülən tapşırıqlarla bağlı Səbail Rayon İcra Hakimiyyətində müşavirə keçirilib.

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, icra başçısı Eldar Əzizov qeyd edib ki, rayonda korrupsiya hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə baxmayaraq, yenə də bəzi yerlərdə dövlət torpaqlarının qanunsuz olaraq zəbt olunması və saxta sənədlərlə rəsmiləşdirilməsi, qanunsuz tikintilər aparılması halları qalmaqdadır: “Müəyyən olunmuş faktlar üzrə sənədlər hüquq-mühafizə orqanlarına verilərək, bir sıra faktlar üzrə cinayət işləri açılıb”.

E. Əzizov bələdiyyə qurumlarının işini sərt tənqid edərək onlara xəbərdarlıq edib. Həmçinin RİH-ində və digər qurumlarda çalışan, qanunsuzluqlara göz yuman məmurlar və vəzifəli şəxslərə də xəbərdarlıq edib, qəti tədbirlər görülməsi üçün hüquq-mühafizə orqanlarının rəhbərlərinə tapşırıqlar verib: “Azərbaycanda hüquqi dövlət qurulub və bu bizim tarixi nailiyyətmizdir. Qanun qarşısında hamı bərabərdir və onun tələblərinə riayət etmək vacibdir”.

Həmçinin oxuyun

Araşdırmaçı jurnalistlər üçün “Təhlükəsiz tədqiqat” seminarı keçirilib (FOTO)

Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı (JuHİ) 19-20 avqust 2019-cu il tarixlərində Bakıda araşdırmaçı jurnalistlər üçün “Təhlükəsiz …

Bir cavab yazın