Şənbə , Aprel 27 2024
Ana səhifə / Media / Elçin Əlibəyli Naxçıvan MR əhalisindən üzr istəyib

Elçin Əlibəyli Naxçıvan MR əhalisindən üzr istəyib

Tanınmış teleaparıcı Elçin Əlibəyli Naxçıvan MR əhalisindən üzr istəyib.

Buna səbəb teleaparıcının “El bizim sirr bizim” verilişində Naxçıvan MR Sədərək rayonunda ağacların kəsilməsi ilə bağlı məlumatın getməsi olub.
Belə ki, verlişdə qonaq qismində qatılan əslən Sədərək rayonundan olan şair Kamaləddin Qədimin Muxtar Respublikanın Sədərək rayonunda ağacların kəsilməsi ilə bağlı məlumat verib.

Daha sonra şair bu məsələni ictimailəşdirdiyini, bunun əsasında da Naxçıvan MR Sədərək Rayon Polis İdarəsinin rəisinin, rayonun icra başçısının müavininin, icra başçısının köməkçisinin vəzifəsindən azad olunduğunu bildirib.

Veriliş efirə getdikdən sonra məsələ ilə bağlı Muxtar Respublikadan ciddi iradlar bildirilib və verilən məlumatların doğru olmadığı bildirilib. Daha sonra araşdırma edilib və teleaparıcı Elçin Əlibəyli dəqiqləşdirilməmiş məlumatın verilişdə yayımlandığına görə Naxçıvan MR əhalisindən, Sədərək Rayon İcra Hakimiyyətinin rəhbərliyindən üzr istəyib.

Teleaparıcının üzrxahlığı ilə bağlı Naxçıvan televiziyası da reportaj yayımlayıb.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …