Cümə , Aprel 26 2024
Ana səhifə / Media / DSMF sədri Elman Mehdiyev Şəmkirdə vətəndaşlarla görüşəcək

DSMF sədri Elman Mehdiyev Şəmkirdə vətəndaşlarla görüşəcək

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev 8 iyul 2015-ci il tarixdə, saat 11:00-da Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

Bu barədə Azinforum.az-a qurumun ictimaiyyətlə əlaqələr sektorundan məlumat daxil olub. Məlumatda deyilir ki, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] electron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34
Şəmkir şəhər şöbəsində (02230) 5-30-33
Gədəbəy rayon şöbəsində (02232) 6-00-93
Tovuz rayon şöbəsində (02231) 5-00-40
Ağstafa rayon şöbəsində (02222) 5-26-12
Qazax rayon şöbəsində (02229) 5-27-96

Qəbulda iştirak edəcək vətəndaşların iyulun 8-də Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın