Cümə , Aprel 26 2024
Ana səhifə / Media / DSMF-nin Sabunçu rayon şöbəsində özbaşınalıq – FAKT

DSMF-nin Sabunçu rayon şöbəsində özbaşınalıq – FAKT

Elman Mehdiyevin işçisi Məzahir Vəliyev şəxsi maraqları üçün çalışır. Müdir şöbəyə müraciət edən vətəndaşların qarşısında ağır «şərt»lər qoyur Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Sabunçu rayon şöbəsində qanun pozuntuları dözülməz həddə çatıb. Bununla bağlı rayon sakinləri gundelik-baku.com saytına məlumat veriblər. Narazı vətəndaşların bildirdiyinə görə, şöbə rəhbərliyi maddi durumu aşağı olan ailələrin ehtiyaclarından və savadsızlığından sui-istifadə edərək özləri üçün qazanc əldə edirlər. Məlumatda bildirilir ki, DSMF-nin Sabunçu rayon şöbəsinə müraciət edən vətəndaşlar süni maneələrlə üzləşir və onlara əlavə problemlər yaradılır: «Pensiya almaq istəyən insanlar nə edəcəklərini, yəni hansı yola baş vuracaqlarını əvvəlcədən bilirlər.

Çünki şöbə müdiri Məzahir Vəliyev burda elə şərait yaradıb ki, heç bir vətəndaş qanunlara istinad edib danışa bilməz. Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsində qanun da, qayda da məhz Məzahir müəllimdir. Kim onunla kəllə-kəlləyə gəlmək istəyirsə, sonda məğlub olur. Yəni vətəndaşlar pensiya düzəltmək istəyirsə, yaxud şöbənin səlahiyyətinə aid olan işlərlə bağlı müsbət nəticə əldə etmək istəyirsə, mütləq şöbə müdirinin dediklərini həyata keçirməlidir. Əksər hallarda şöbə müdirinin «şərtlərini» lazımi səviyyədə yerinə yetirən insanlar qeyri-qanuni yolla pensiya almağa müvəffəq olurlar. Pensiya düzəltmək istəyənlər ən azı müdirə 4-5 min dəfə «sağ ol» deməlidir. Şöbə müdirinin əsas gəlir mənbəyi uzun müddət işləmiş şəxsin vaxtından əvvəl pensiyaya çıxmaq istəməsi zamanı gördüyü işlərdəndir. Qanunla uzun müddət işləyən vətəndaşların bir qismi yaşa görə yox, işinin ağırlığına görə daha tez pensiyaya çıxmaq hüququna malikdir.

Lakin həmin şəxslərin əksəriyyəti qanunları yaxşı bilmədiklərindən müraciət etdikləri vaxt müdir tərəfindən maraqlı təklif alırlar. Bundan başqa, kim pensiyasını artırmaq istəyirsə, Məzahir Vəliyevlə danışıb bu məsələni yoluna qoya bilər». Məlumatda o da qeyd olunur ki, DSMF-nin Sabunçu rayon şöbəsinin müdiri işinin öhdəsindən layiqincə gələ bilmədiyindən rayon sakinləri müavinət alarkən süni əngəllərlə qarşılaşmalı olurlar: «Heç bir sənədə və iqtisadi göstəriciyə əsaslanmadan, ödənişlərin tətbiq edilməsi, əhaliyə zəhmli məktubların göndərilməsi, cərimə sanksiyalarının tətbiq olunması artıq bu qurumda adi hal alıb. Şöbənin müdiri öz maraqlarını təmin etmək, məqsədini reallaşdırmaqdan ötrü az qala hər vasitədən istifadə etməkdən çəkinmir. Şöbə rəhbəri qanunsuz yollardan istifadə etməklə hər ay külli miqdarda qazanc əldə edir».

Başqa bir iddiaya əsasən, Məzahir Vəliyev indiki vəzifəsi ilə qane olmaq istəmir. Deyilənə görə, onun ən böyük arzusu DSMF-də yüksək vəzifə tutmaqdır. Amma həmin pilləyə yüksəlməkdən ötrü şöbə müdiri hazırkı vəzifəsində özünü doğrultmalıdır. Bu məlumatlardan isə aydın olur ki, adıçəkilən şəxs yalnız öz mənafeyini düşünür və ona həvalə olunan işləri yüksək səviyyədə icra etməyə maraq göstərmir. Biz ümid edirik ki, DSMF sədri Elman Mehdiyev Məzahir Vəliyevin fəaliyyətini yoxlatdırıb işdə yol verdiyi nöqsanlara görə onu layiqli şəkildə cəzalandıracaq. Qarşı tərəflə əlaqə yaratmağa cəhd göstərsək də, heç bir nəticə vermədi. Buna baxmayaraq, şöbə müdirinin də fikirlərini dinləməyə hazırıq. (Gundelik-baku.com)

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın