Cümə , Aprel 26 2024
Ana səhifə / Media / “Dövlətqaçqınkom” Zabil Müqaliboğlunun bacısını mənzillə təmin edəcək

“Dövlətqaçqınkom” Zabil Müqaliboğlunun bacısını mənzillə təmin edəcək

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi mərhum jurnalist Zabil Müqaliboğlunun bacısını mənzillə təmin edəcək.

Bu barədə Modern.az saytına Zabil Müqaliboğlunun bacısı Sevinc Fərhadova məlumat verib. O deyib ki, Mətbuat Şurasının sədri Əflatun Amaşov onunla əlaqə yaradaraq, evlə təmin ediləcəyini bildirib:

“Bilirsiniz ki, bir müddət bundan öncə Sabunçu rayonu, Pirşağı qəsəbəsindəki “Məşəl” düşərgəsinin ərazisində güclü yanğın zamanı yaşadığım ev yanıb kül oldu. Baş verən hadisəyə görə evsiz idim. Buna görə də Mətbuat Şurasının sədri Əflatun Amaşov Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşüb. Daha sonra mənə zəng edərək bildirdi ki, komitə məni mənzillə təmin edəcək”.

Sevinc Fərhadova 2017-ci il fevralın 27-də vəfat edən Z.Müqabiloğlunun bacısıdır. S.Fərhadova valideynləri və qardaşı dünyasını dəyişəndən sonra həmin evdə tək yaşayıb. S.Fərhadova Zəngilandan olan məcburi köçkündür.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …