Cümə , Noyabr 27 2020
Ana səhifə / Media / Dövlət idarələrinə işə düzəltmək adı ilə vətəndaşları aldadan şəxs narazı qalıb

Dövlət idarələrinə işə düzəltmək adı ilə vətəndaşları aldadan şəxs narazı qalıb

Nazirliyə işə düzəltmək adı ilə vətəndaşa qarşı 50 min manatlıq dələduzluq edən şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb. O, aldığı 8 illik həbs cəzasından narazı qalaraq apellyasiya şikayəti verib.

Musavat.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Həsən Rzayevin apellyasiya şikayətinə baxılıb.

H.Rzayevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclasına hakim Rizvan Səfərov sədrlik edib. Məhkəmədə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

H.Rzayev Bakı şəhər sakini Məmməd İbrahimovun qızını Ədliyyə Nazirliyinə işə düzəldəcəyini vəd edərək, ondan 50 min manat pul alıb.

Vədinə əməl etməyən H.Rzayevin barəsində polisə şiakyət edilib və o, həbs edilib. Məlum olub ki, H.Rzayev daha bir nəfərdən – Bakı şəhər sakini Elmira Nəsirovadan ümumilikdə 14 min 500 manat pul alıb. Bunun qarşılığında isə o, E.Nəsirovanın oğlunu Xüsusi Dövlət Mühafizə Xidmətinə işə düzəldəcəkmiş.

Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunan H.Rzayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin oxuyun

Azərbaycanda daha bir qəzet fəaliyyətini dayandırıb

Bakı şəhər Baş Polis İdarəsinin orqanı olan “Polis” qəzeti fəaliyyətini dayandırıb. Qəzet 1993-cü ildən həftədə …

Bir cavab yazın