Cümə , Aprel 26 2024
Ana səhifə / Media / Cəlilabadda toyuqlar kütləvi şəkildə qırılır

Cəlilabadda toyuqlar kütləvi şəkildə qırılır

Cəlilabad rayonu Adnalı kəndində bir sıra təsərrüfat sahələrində toyuqların kütləvi təlafatı baş verib. Kənd sakinlərinin verdiyi məlumata görə, bəzi təsərrüfat sahiblərinin 1000-ə yaxın 35-40 günlük cücələri bir neçə gündə kütləvi şəkildə tələf olub.

Sakinlər deyir ki, onlar cücələri broyler təsərrüfatından alıblar: “Aldığımız toyuqlar 40 günlükdür. Birdən-birə onlarda oxşar əlamətlər müşahidə edilir və kütləvi şəkildə tələf olurlar. Bəzi qonşuların 600, bəzilərinin isə 1000 cücəsi bir həftədə xəstəlikdən məhv olub”.

Kəndlilər deyir ki, cücələrin birini 70-80 qəpikdən alırlar, kütləvi təlafat onlara 500-dən 900 manata qədər ziyan vurub.

Məsələ ilə bağlı Dövlət Baytarlıq Nəzarəti Xidməti ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Yolçu Xanvəli Cəlilabad rayon baytarlıq idarəsinin faktdan xəbərdar olduğunu dedi: “Yerli idarədən bizə bildirdilər ki, bir neçə təsərrüfat sahəsində toyuqların təlafatı ilə bağlı onlara müraciət edilib. Onlar da həmin toyuqlardan qan nümunələri götürərək Respublika Baytarlıq Xidmətinin laboratoriyasına göndəriblər. Analiz nəticələri açıqlanandan sonra təlafatın səbəbi müəyyən ediləcək”.(publika.az)

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın