Cümə axşamı , May 2 2024
Ana səhifə / Media / Bu gün hava necə olacaq? – Proqnoz

Bu gün hava necə olacaq? – Proqnoz

Bu gün Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-22° isti, gündüz 26-30° isti, Bakıda gecə 19-21° isti, gündüz 27-29° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 763 mm civə sütunundan 759 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 65-75 %, gündüz 50-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 27-32° isti, dağlarda gecə 9-14° isti, gündüz 18-23° isti olacağı gözlənilir.

Həmçinin oxuyun

Nazirlik REAL TV-yə reportajlar üçün 32 min pul verəcək

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqroservis” ASC tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi …

Bir cavab yazın