Cümə , Aprel 26 2024
Ana səhifə / Media / “Bu, biabırçılıqdır, alimə yaraşmayan hərəkətdir” – Əflatun Amaşov

“Bu, biabırçılıqdır, alimə yaraşmayan hərəkətdir” – Əflatun Amaşov

Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədovun jurnalisti təhqir etməsinə dair yayılan məlumatlara münasibət bildirib.
Ə.Amaşov “Facebook” hesabında qeyd edib ki, söyüş və təhqir elm adamı üçün qətiyyən yolverilməzdir.

“Kütləvi informasiya vasitələrində Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədovun jurnalisti təhqir etməsinə dair məlumatlar yayılıb. Mən şəxsən hadisənin təfərrüratlarına, necə və hansı şəraitdə baş verməsinə dair dəqiq bilgiyə malik deyiləm. Ancaq hər bir halda hesab edirəm ki, yazılanlar doğrudursa, yəni peşə fəaliyyətini yerinə yetirən jurnalist R.Məmmədova hansısa məsələ ilə əlaqədar fikir öyrənmək üçün müraciət edibsə, qarşılığında söyüş və təhqir eşidibsə, bu, bir elm adamı üçün qətiyyən yolverilməzdir, qəbuledilməzdir, biabırçılıqdır, alimə yaraşmayan hərəkətdir. Əmin olmaq istərdim ki, Milli Elmlər Akademiyasının rəhbərliyi bununla bağlı ciddi ölçü götürəcəkdir”- MŞ sədri yazıb.

Qeyd edək ki, AMEA-nın Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədovun jurnalistlərin ünvanına təhqiramız fikirlər söyləməsi, onları “bezdarnı”, “savadsız”, “heç nəyə yaramayan” adlandırması qələm əhlinin etirazına səbəb olub.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …