Azinforum.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Elnarə Abullayeva TV-dəki verilişlərin birində deyib.

Xanəndə qadın-kişi münasibətlərindən və həyat yoldaşından söz açıb:

Bir oğlanın hünəri çatmaz desin ki, sən beləsən. Mən cavanlıq etməmişəm. Doğulandan 80 yaşım var. Hər zaman deyirəm ki, Allahın icazəsi ilə evlənmişik. Məhəmmədi artırmaq üçün qadın da, kişi də ailə qurmalıdır. Anam-atamın məsləhəti ilə evlənmişik. Arzuluyardım ki, bütün ailələr bizim kimi olsun. İndi deyirlər ki, sevməsəm olmaz. Sevənləri gördük. Hörmət oldusa, ailə xoşbəxtdir.

Elxanın günü gün deyil. Balaca bir mağazamız var idi. Amma çatdırmadı, uşaqları ora-bura aparır, gətirir. Gördük əlavə işi çatdırmır, onu bağladıq. Çox qısqanc adamam, uşaqlarımı başqasına etibar etmərəm. Amma onu həyat yoldaşı kimi qısqanmıram. Çünki Elxan bütün qadınlara ana-bacısı kimi baxır”.