Bazar ertəsi , İyul 22 2019
Ana səhifə / Media / Bakının məşhur bağı çirkab içində… – Fotolar

Bakının məşhur bağı çirkab içində… – Fotolar

Alaq otu basmış nadir bitkilər, susuzluqdan quruyan ağaclar, çirkab içindəki hovuzlar… Əfsuslar olsun ki, söhbət nadir bitkilərin qorunduğu, bir zamanlar ecazkar təbiəti ilə göz oxşayan Murtuza Muxtarovun bağından gedir. İlin bütün fəsillərində, xüsusilə də yay aylarında yaşıllıqda dincəlmək istəyənlərin yolu buradan düşsə də, hazırkı vəziyət heç də ürəkaçan deyil.

Qafqazinfo”nun əməkdaşları 2013-cü ildə Mərdəkan Dendrarisi-Botanika bağında olmuş və azərbaycanlı milyonçunun bağının zibillik içində olması ilə bağlı reportaj hazırlamışdı. Bağa ikinci dəfə yolumuz düz 3 il sonra düşsə də, vəziyyət eyni olaraq qalır. Bəlkə də, daha pisdir.

Neft milyonçusu Murtuza Muxtarov, xüsusilə bu bağ üçün Lənkərandan münbit torpaq, dünyanın dörd bir yanından isə 700-ə yaxın yeni bitki növləri gətirmişdi. Maraqlısı odur ki, hazırda AMEA-nın nəzdindəki Dendrologiya İnstitutunda 169 işçi fəaliyyət göstərsə də, həmin bitkilərin çoxunu alaq otları basıb. Bir çox nadir ağac isə qurumaq təhlükəsi ilə üz-üzədir.

Bağda müxtlif ölçülərdə xeyli sayda hovuz var və o zamanlar Muxtarovun bağına qonaq gələn ailələr hovuzların gözəlliyinə heyran qalardılar. Ancaq hazırda həmin hovuzlar çirkab içərisindədir. Bəzilərində nadir növ balıqlar olsa belə, çirkab təmizlənməyib.

Bağa giriş də pulsuz deyil: uşaqlar 1 manat, böyüklər 2 manat, xarici vətəndaşlar isə 5 manat.

“Arşın mal alan”, “Qorxma mən səninləyəm”, “Dərviş Parisi partladır” kimi məşhur filmlərdəki müxtəlif kadrlarının lentə aldığı bu bağ hazırda da müxtəlif fotosessiyalar üçün istifadə olunan əsas məkanlardan biridir.

Həm buraya gələn ziyarətçilər, həm də sosial şəbəkə istifadəçiləri xeyriyyəçinin tarixi mirasının məhv olmasından nigarandırlar.

 

Bakının məşhur bağı çirkab içində... -  Fotolar
Bakının məşhur bağı çirkab içində... -  Fotolar
Bakının məşhur bağı çirkab içində... -  Fotolar
Bakının məşhur bağı çirkab içində... -  Fotolar
Bakının məşhur bağı çirkab içində... -  Fotolar
Bakının məşhur bağı çirkab içində... -  Fotolar
Bakının məşhur bağı çirkab içində... -  Fotolar
Bakının məşhur bağı çirkab içində... -  Fotolar

Həmçinin oxuyun

Elçin Şıxlı: “Azərbaycanda qəzet satışı sistemi məhv olub” — VİDEO

Milli Mətbuat Günü ərəfəsində ARB-24 kanalı Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlıdan müsahibə alıb.  Müsahibədə …

Bir cavab yazın