Cümə , Yanvar 22 2021
Ana səhifə / Media / Bakıdan Milana uçmaq Kutaisidən 10 dəfə bahadır

Bakıdan Milana uçmaq Kutaisidən 10 dəfə bahadır

Gürcüstanın yeni baş naziri Georgi Kvirikaşvili öz “Facebook” səhifəsində Kutaisidən Avropanın müxtəlif şəhərlərinə uçuş qiymətlərini paylaşıb.

Qeyd edək ki, uçuşları ucuzluğu ilə dünyada tanınan “WizzAir‬” şirkəti həyata keçirir.

Kutaisi – Berlin – 40 avro
Kutaisi – Münhen – 40 avro
Kutaisi – Saloniki – 30 avro
Kutaisi – Larnaka – 25 avro
Kutaisi – Sofia – 30 avro
Kutaisi – Milan – 40 avro
Kutaisi – Dortmund – 40 avro

Qeyd edək ki, Bakıdan Milana biletlərin qiyməti 337 manatdan başlayır.Ekonom standartın tək gediş qiyməti isə 526 manat yəni 337 avrodur. Bakıdan Berlinə isə uçuşun qiyməti 599 manat yəni 351 avrodur.

Həmçinin oxuyun

Əli Həsənovun jurnalisti şantaj etməsinə reaksiya: “Görün, qafası dünən necəymiş…“

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı ətrafında növbəti dəfə qalmaqal yaranıb. Belə ki, Həsənov bu …

Bir cavab yazın