Ana səhifə / Media / Bakıda süni ət hazırlanması ilə bağlı ŞOK görüntülər (VİDEO)

Bakıda süni ət hazırlanması ilə bağlı ŞOK görüntülər (VİDEO)

Əvvəlcə qabdakı suyun içərisinə qırmızı rəngdə mənşəyi məlum olmayan maddə əlavə edilir.
Bir neçə dəqiqədən sonra yumşaq formada sərtləşməyə başlayır. Bir nəfər də onun üzərinə nə olduğu dəqiq bilinməyən maddələr səpir. Daha sonra maddə burularaq kiçik qaba yerləşdirilir.
Ən sonda isə kəsilərək kolbasa formasına gətirilir. Sosial şəbəkədə yayılan bu görüntülər süni ət məsələsini bir daha gündəmə gətrir.
Qida mühəndisləri deyir ki, süni ət bir neçə yolla hazırlana bilər.
Süni ətdən istifadə uzaq şərq ölkələrində geniş yayılıb. Qida mühəndisi İsa Əliyevin sözlərinə görə, süni ətin hazırlanması zamanı içərisinə qatılan maddələrin tərkibi çox vaxt bilinmədiyi üçün, bu, insan sağlamlığına mənfi təsir göstərə bilər.
Ətin süni olduğunu adi vətəndaşların ayrıd edə bilməsi çox çətindir. Ona görə də ət alarkən bir sıra qaydalara əməl edilməlidir.
Şərq ölkələrində istifadə edilən süni ət ölkəmizə də qaçaqmal yolu ilə gətirilə biləcəyi istisna edilmir. Ona görə də vətəndaşlar ət alarkən görünüşdə və ya yeyərkən dadında qəribə məqam hiss edərlərsə, dövlət qurumlarına məlumat versələr yaxşıdır.
Kənd Təsərrüfatı Naziliyindən isə bildirilib ki, Azərbaycanda hələlik belə fakt qeydə alınmayıb.

Həmçinin oxuyun

“Başqa səbəblərə görə həbs olunsaydım mənə təsir etməzdi” – Murad Köhnəqala

“Tovuz Rayon Məhkəməsi tərəfindən mənə kəsilən 12 min 350 manat alimentin iki mini ödənildikdən sonra …

Bir cavab yazın