Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Media / Bakıda köhnə əşyalar bazarı fəaliyyət göstərir – VİDEO

Bakıda köhnə əşyalar bazarı fəaliyyət göstərir – VİDEO

Burda ağlınıza gələcək hər şeyin köhnəsini tapa bilərsiniz.
Bakıda bazarların birinin qəribə mənzərəsi var. Burda hər şey satılır-köhnə mebel, avtomobil hissələri, nimdaş kostyum, hərbi mundir, video və aidio kasetlər, köhnə təqvimlər və kitablar, hətta keçi başı… Bir sözlə, burda ağlınıza gələcək hər şeyin köhnəsini tapa bilərsiniz.
Belə ki, köhnə əşyaların satışı ruslardan qalıb. Ruslar adətən öz köhnə paltarlarını gətirib belə yerlərdə satıblar. Sonradan köhnə əşyalar da satılmağa başlanıb.
Paslamış dəmirlərin arasında kompüter qulaqlığından, köhnə radioya qədər hər şey var. Belə qarışıqlıq olmağına baxmayın, hərdən yaxşı pul da qazandıran əşyalar olur.
Çox vaxt köhnə geyimləri kiloqramı 1-2 manata alıb, 8-10 manata satanlar da var.
Paltarlarını zibilliyə atmayıb onlara verənlər də olur. Satıcıların qohumları da köhnəlmiş paltarlarını atmır. Evdə də köhnələn əşya, paltar olanda gətirib burda satdırır.
Köhnə, nostaljı əşyalarla birbaşa ünsiyyət qurmaq istəyirsinizsə, bura baş çəkin.

Həmçinin oxuyun

Əli Həsənovun jurnalisti şantaj etməsinə reaksiya: “Görün, qafası dünən necəymiş…“

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı ətrafında növbəti dəfə qalmaqal yaranıb. Belə ki, Həsənov bu …

Bir cavab yazın