Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Media / Bakıda istehsal tarixi olmayan şokoladlar – VİDEO

Bakıda istehsal tarixi olmayan şokoladlar – VİDEO

Mağazdan kiloqramla satılan şokolad və konfetlərin demək olar ki, heç birinin üzərində buraxılma tarixi və istehlak müddəti yazılmır.

Azinforum.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, üstəlik bu məhsullar öz qutusunda yox, piştaxtalarda satılır.

Yəni alıcının onun müddətinə baxmaq imkanı məhduddur. İstehlakçı qutunu tələb edə bilər, amma bu da heç də həmişə mümkün olmur.

Vitrində kiloqramla satılan şokolad və konfetlərin üzərində istehsal tarixi və saxlanılma müddəti göstərilmir.

Belə bir sual ortaya çıxır: alıcılar məhsulun təzə, yaxud köhnə olduğunu necə müəyyənləşdirməlidir?  Satıcı və alıcıların cavab tapa bilmədiyi bu suala istehsalçı şirkətlərin cavabları eynidir. İstehsalçı şirkətlərdən bildirdilər ki, şokolad və konfetlərin  kağızları adətən xaricdə istehsal olunduğu üçün onların üzərinə həmin məlumatlar əks olunmur. İstehsal və saxlanılma müddəti qutunun üzərinə vurulur.

Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, yeni qutunun içərisinə köhnə məhsulu töküb satmaq mümkün olduğu üçün bu çıxış yolu deyil. Əslində hər şey qanunda  təfərrüatı ilə əksini tapıb.

Qanunda həmçinin göstərilir ki, əgər böyük həcmli qutulardan söhbət gedirsə və satışa bu formada çıxarılmırsa onda məhsul yenidən qablaşdırılmalı və hökmən üzərində həmin məlumatlar əksini tapmalıdır.

Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən isə bildirirlər ki, bu kimi məhsulların satışa çıxarılmasında xüsusi bir standart mövcuddur.

Əgər müştərilərin bu tələbini satıcılar yerinə yetirməzsə onda müvafiq dövlət qurumlarına müraciət edə bilərlər.

Həmçinin oxuyun

Əli Həsənovun jurnalisti şantaj etməsinə reaksiya: “Görün, qafası dünən necəymiş…“

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı ətrafında növbəti dəfə qalmaqal yaranıb. Belə ki, Həsənov bu …

Bir cavab yazın