Cümə , Aprel 26 2024
Ana səhifə / Media / Bakıda böyük tıxac: sərnişinlər yollarda qalıb…

Bakıda böyük tıxac: sərnişinlər yollarda qalıb…

Bakı-Sumqayı yolunda böyük tıxac müşahidə olunur.

Musavat.com xəbər verir ki, həm Bakıdan Sumqayıta gedən, həm də Sumqayıtdan Bakıya gələn istiqamətdə hərəkət dayanıb.

Tbilisi prospektindən başlayan tıxac Xırdalana qədər davam edir. Ən acınacaqlı vəziyyət isə “Şamaxı dairəsi”ndə yaranıb. Dairədə avtomobillərin hərəkəti tam dayanıb, minlərlə avtomobil yolda qalıb.

Adamlar avtobuslardan düşüb, yağışlı havada yollarına piyada davam etmək məcburiyyətində qalıblar.








 

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın