Şənbə , İyul 20 2019
Ana səhifə / Media / Bakı Dəmiryolu vağzalı bu gün…VİDEOREPORTAJ

Bakı Dəmiryolu vağzalı bu gün…VİDEOREPORTAJ

Paytaxt Bakının giriş qapısı sayılan dəmiryol vağzalında yüksək standartlara cavab verən quruculuq işləri aparılıb. Dəmiryol İdarəsinin yenicə təmirdən çıxan inzibati binası isə özünəməxsus dizaynı ilə seçilir. Vağzalın əsas binasının üzlüyü memarlıq üslubu saxlanılmaq şərti ilə yenidən qurulub, binada əsaslı təmir işləri aparılıb.

Binanın birinci mərtəbəsində 2 saylı “ASAN kommunal” fəaliyyət göstərir. Həmçinin bilet satışı kassaları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunub, eskalatorlar yenisi ilə əvəzlənib. Yük, sərnişin və əlillər üçün liftlər quraşdırılıb. Əsaslı təmir zamanı burada inzibati otaqlar, müasir standartlara cavab verən ticarət və iaşə obyektləri yaradılıb, ana-uşaq otaqları, gözləmə zalı, saxlama kameraları sərnişinlərin istifadəsinə verilib. Binada sərnişinlər pulsuz Wi-Fi sistemindən də istifadə edirlər.

“ASAN kommunal” mərkəzi qeydiyyat yerindən asılı olmayaraq bütün vətəndaşlara, o cümlədən vağzaldan istifadə edən bütün sərnişinlərə xidmət göstərəcək. Burada həmçinin “Azərişıq” və “Azərsu” ASC-lər, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 45 növ xidmətin göstərilməsi nəzərdə tutulur. Bank və notariat xidmətlərinin də təşkil edildiyi mərkəzdə 51 əməkdaş, 20 könüllü, ümumilikdə, 71 nəfər işlə təmin olunub.

Qeyd edək ki, binada işçilərin yüksək səviyyədə çalışmaları üçün hərtərəfli şərait var. Server otağında qatarların hərəkətinin onlayn və GPS izlənmə sistemləri tətbiq edilib. Binanın 280 nəfərlik müasir akt zalında bütün imkanlar yaradılıb. İnzibati otaqların hamısı zəruri avadanlıqla təchiz olunub. Binada, həmçinin şəhid dəmiryolçuların fotolarından ibarət guşələr yaradılıb. Müasir yeməkxana işçilərin ixtiyarına verilib.

Xatırladaq ki, Bakı Dəmir Yolu Vağzalının binası 1884-cü ildə Mavritaniya üslubunda inşa olunub, 1926-cı ildə isə rekonstruksiya edilib. Elə həmin ilin iyununda keçmiş SSRİ məkanında ilk dəfə Azərbaycanda Bakı-Sabunçu dəmir yolu sahəsində elektrik qatarı hərəkətə buraxılıb. 1977-ci ildə dəmir yolunun Bakı sərnişin stansiyasında yeni vağzal binası tikilib.

 

Həmçinin oxuyun

Amerikada mətbuat tarixi və ya “Xəbərlər heç vaxt yatmır”…

22 iyul Azərbaycanda milli mətbuat günüdür. Yəqin ki, bu günlərdə milli mətbuatımızın yaradıcısı Həsən Bəy …

Bir cavab yazın