Cümə , Aprel 26 2024
Ana səhifə / Media / Azərbaycanlı baş redaktor Kürdüstanda keçirilən referenduma dəstək verdi

Azərbaycanlı baş redaktor Kürdüstanda keçirilən referenduma dəstək verdi

Azərbaycan Kürdləri İctimai Birliyinin sədri, “Diplomat” qəzetinin baş redaktoru Tahir Süleyman İraqın Kürdüstan bölgəsində keçirilən referendumu dəstəkləyib.

Avrasiya.net xəbər verir ki, T.Süleyman sosial səbəkədə bu referendumu alqışlayıb.

T.Süleyman yazır ki, Kürdüstanın müstəqilliyi uğrunda keçirilən referendumu dəstəkləyən kürd xalqının tənqid və ya qınayan hər kim olsa da görən heç utanırlar? Sabah Cənubi Azərbaycanda 30 milyon azəri öz müstəqilliyi uğrunda referendum keçirsə və kürdlər onlara qarşı çıxsa necə baxarlar? Nə vaxta qədər məzlum xalqlar müstəmləkə altında yasayacaqlar? Kürd xalqının qəhrəman oğlu Islam Dunyasına azmı xidmətlər edib? Kürd xalqi Ataturkun çagırışına dayan doldurum tüfəngləri ilə, atla, dəvə ile Çanaqqalada, Sarıqamışda, Agrida erməniyə, rusa, ingilise, yunana, bolqara qarşı azmı şəhid verdi?…

…Bu gün İraq Kürdüstanında müstəqillik uğrunda demokratik və yüksək səviyyədə keçirilən referendumda kürd, türkman, asuri, kirdani, ərəb, erməni xalqları yüksək səviyyədə dəstək verərək Kürdüstanın müstəqilliyini istəyiblər, çunki Mesud Barzani cənabları Kürdüstanda yaşayan bütün xalqlara mədəni haqlarını lazimi şəkildə verib.

…Kürd xalqı öz azadlığını türk, ərəb, fars istəməsə də əldə edəcəkdir…

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …