Cümə , Aprel 26 2024
Ana səhifə / Media / Azərbaycanda “Dolma bayramı” keçiriləcək – Foto

Azərbaycanda “Dolma bayramı” keçiriləcək – Foto

Xaçmazda rayon icra hakimiyyətinin təşkilatçlığı ilə “Dolma bayramı” keçiriləcək.

Bu barədə Kult.az-a Xaçmaz rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, icra başçısının müavini İlhamə Nəzərova məlumat verib.

O, “Dolma bayramı”nın sabah qeyd olunacağını bildirib:

“Dolma bayramı sabah saat 10:00-da başlayacaq. Bayram Çənlibel parkında keçiriləcək. Bayramda ölkənin tanınmış ictimai-siyasi xadimləri iştirak edəcəklər. Həmçinin xarici ölkə səfirlikləri, konsolluqlar və onların nümayəndəlikləri də qatılacaq. İştirak edən ölkə səfirlikləri öz mətbəxləriylə qatılacaqlar bayrama. Azərbaycanın bölgələrindən də qonaqlar dəvət edilib. Hər bölgə bayrama öz mətbəxi ilə qatılacaq”.

“Dolma bayramı”nda təxminən 300-dən artıq dolma növünün nümayiş olunacağı ehtimal edilir.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın