Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Media / Axtarışa verdiyimiz rus jurnalist Laçın şəhərində – Video

Axtarışa verdiyimiz rus jurnalist Laçın şəhərində – Video

44 günlük savaş dövründə Azərbaycan və Türkiyə dövlət və ordularına qarşı ağlasığmaz böhtanlar yağdırmış, erməni ordusu haqda isə olmazın  yalanlar söyləmiş Rusiya jurnalisti Semyon Peqov son saatda Laçın rayon mərkəzindən video-görüntü yayıb.

Moderator.az xəbər verir ki, erməni mediasında təqdim edilmiş videodan bəlli olur ki, Laçın şəhərinin keçmişdən -sovet dövründən “poçt” deyilən Şuşa və Qubadlı istiqamətlərindən giriş-çıxış hissəsində  əsasən Rusiya hərbi texnikası və iri sərnişin avtobusları hərəkət edir. Avtobuslar əsasən Ermənistan istiqamətinə doğru gedirlər… 

Şəhərdə hələ də mülki adamlar, (yəqin ki, ermənilər) görünür. S.Peqov isə guya Laçının “statusu”nun hələ dəqiqləşdirilmədiyini söyləyir. “Bilinmir ki, yerli sakinlər- ermənilər Laçında qalacaqlar. Yaxud saat 18:00-dək çıxmalıdırlar”- deyə saxtakar jurnalist çərənləyir…

Xatırladaq ki, işğal altındakı torpaqlarımızdakı məlum davranışlarına görə S.Peqov Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən barəsində cinayət işi qaldırılaraq axtarışa verilib. 

Həmçinin oxuyun

Tanınmış jurnalistə AĞIR İTKİ

Hazırda Almaniyada yaşayan tanınmış jurnalist Fərahim İlqaroğlunun anası vəfat edib.  Bu barədə jurnalist özü sosial …