Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Siyasət / “Moskva ona sadiq qalan Bakıya xəyanət etdi” – Şevçenko

“Moskva ona sadiq qalan Bakıya xəyanət etdi” – Şevçenko

Rusiya Sovet İttifaqına bütün ölkələrdən ən çox sadiq olan Azərbaycana 90-cı illərdə xəyanət etdi.

Bunu tanınmış rusiyalı siyasətçi və ictimai xadim Maksim Şevçenko RTVI telekanalında Tina Kandelakiyə verdiyi müsahibəsində bildirib.

Siyasətçi qeyd edib ki, Sovet İttifaqı nasist Almaniyasını məhz Bakı neftinin sayəsində məğlub etməyi bacarıb:

“Buna cavab olaraq Rusiya açıq-aşkar Ermənistanı dəstəkləyərək Azərbaycana xəyanət etdi. Rusiya Sovet İttifaqının Bakının neft sahələrinin ehtiyacları üçün tikilmiş nüvə elektrik stansiyasından İrana gizli şəkildə elektrik enerjisi satan ölkəyə dəstək oldu.

Üstəlik, indi ermənilər öz ölkələrini Rusiyanın Qafqazdakı qalası hesab edir. Təsəvvür edirsiniz, tamamilə Rusiyadan asılı olan cılız Ermənistan özünün qala olduğunu bəyan edir. Əslində isə Ermənistan tamamilə Moskvadakı erməni lobbisindən asılıdır”.

Şevçenko onu da vurğulayıb ki, Moskvadakı erməni lobbisi Vladimir Putinin şəxsən bu mövzuda ağlabatan mövqe tutduğu bir vaxtda Rusiya hakimiyyətini Azərbaycana qarşı istiqamətləndirib:

“Lakin Putin həmişə İlham Əliyevlə şəxsi münasibətlərini qoruyub”.

Həmçinin oxuyun

“Putin Ukraynada qalib gələrsə, bu Azərbaycana da təhlükə törədə bilər”

“Qafqazda bizim bir neçə vacib tərəfdaşlarımız var, buna görə də bu region NATO üçün çox …