Bazar ertəsi , May 6 2024
Ana səhifə / Media / “Abzas Media” işi üzrə daha bir nəfər saxlanılıb

“Abzas Media” işi üzrə daha bir nəfər saxlanılıb

Jurnalist Elnarə Qasımova saxlanılıb.

Bu barədə onun vəkili Bəhruz Bayramov məlumat verib.

O deyib ki, Elnarə Qasımova “Abzas Media” işi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham edilir.

Qeyd edək ki, “Abzas Media” işi üzrə bundan əvvəl saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eyni zamanda direktor müavini Məhəmməd Kekalov və jurnalist Nərgiz Absalamova qaçaqmalçılıq ittihamı ilə həbs ediliblər. APA

Həmçinin oxuyun

Siyasi təzyiq altında olan jurnalistika: Azərbaycan yenə siyahıda geriləyib

əşkilat bütün dünyada jurnalistlərə təzyiqlərin artdığını deyir Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) illik media azadlığı hesabatını açıqlayıb. …