Cümə , Dekabr 4 2020
Ana səhifə / Media / 151 məcburi köçkünə yeni ev verildi

151 məcburi köçkünə yeni ev verildi

İyulun 21-də Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki “Energetika” pansionatında yararsız binada məskunlaşmış məcburi köçkün ailələrinin Masazır və Mehdiabad qəsəbələrində yeni inşa olunmuş və tam təmirli mənzillərə köçürülməsi ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yaradılmış komissiyanın, Xəzər Rayon İcra Hakimiyyətinin məsul şəxslərinin, əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri başçılarının müavinlərinin və məcburi köçkünlərin iştirakı ilə püşkatma keçirilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov bildirib ki, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə son 23 ildə 6 milyard manatdan çox vəsait yönəldilib.

“Ümumilikdə indiyədək 96 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. Bunun da 95 faizi son 13 ildə inşa edilib. Görülən işlər nəticəsində 50 min ailənin və ya 250 min qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Mehriban Əliyevanın Birinci vitse-prezident kimi ilk müşavirəsini qaçqın və məcburi köçkünlərin problemlərinə həsr etməsi, onların bir qisminə Masazır və Mehdiabad qəsəbələrində yeni mənzillərin verilməsi, Qaradağ rayonunun Lökbatan qəsəbəsi yaxınlığında 1026 ailəlik yeni qəsəbənin təməlinin qoyulması bu diqqət və qayğının bariz göstəricisidir” – G. Fərhadov qeyd edib.

Çıxışlardan sonra püşkatma mərasimi keçirilib. 151 məcburi köçkün ailəsi növbə ilə püşk çəkərək yeni mənzillərə sahib olublar.

Həmçinin oxuyun

RBK-nın jurnalisti Xankəndində gördüklərindən danışdı: Hər kəsdə silah var – VİDEO

RBK-nın Dağlıq Qarabağa ezam olunmuş jurnalisti Aleksandr Atasuntsev “Exo Moskvı” radiosuna Xankəndində gördüklərindən danışıb. Onun …

Bir cavab yazın