Cümə , Aprel 26 2024
Ana səhifə / Media / Ərəb telekanalları Şuşanın işğaldan azad edilməsini flaş xəbər kimi verib

Ərəb telekanalları Şuşanın işğaldan azad edilməsini flaş xəbər kimi verib

Şuşa şəhərinin işğaldan azad edilməsi münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti ərəb telekanallarında flaş xəbər kimi verilib.

“Al-Hadath”, “Aljazeera” və “Əl-Ərəbiyyə” televiziya kanallarının canlı yayımında ABŞ-da seçkilərin nəticələrinə dair reportajlar kəsilərək Şuşanın işğaldan azad edilməsi barədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin müraciəti yayımlanıb.

“Arabnews”, “Saudigazette”, “Gulf Times” və digər qəzetlər də Şuşa şəhərinin işğaldan azad edilməsi xəbərlərini yayıblar. Azvision.az

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …