Cümə axşamı , İyun 20 2019
Ana səhifə / Media / Əhliman Əmiraslanov: “Siqaretə görə hər 6 saniyədən bir dünyada bir insan dünyasını dəyişir”

Əhliman Əmiraslanov: “Siqaretə görə hər 6 saniyədən bir dünyada bir insan dünyasını dəyişir”

Milli Məclis “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunu qəbul etdi

“Ümumdünya Səhiyyə Təşkilatının rəsmi məlumatına görə, tütün məmulatlarından istifadəyə görə, hər 6 saniyədən bir dünyada bir insan dünyasını dəyişir. Həmçinin bu səbəbdən ildə 5 milyon insan dünyasını dəyişir. Bu faktlar onu göstərir ki, bu zərərli adətlə mübarizə çox böyük əhəmiyyət kəsb edir”.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirdi. Deputat dedi ki, bu qanunun qəbul olunmasını cəmiyyətimiz çoxdan gözləyirdi: “Bu qanunu qəbul etmiş ölkələrin təcrübəsi göstərir ki, onun tətbiqi işlək mexanizmlə həyata keçirilsə, tütün məmulatlarından istifadə edənlərin sayı 3-5 faiz azaldıla bilər. Bu da on milyonlarla insanın həyatının qorunması deməkdir”.

Müzakirələrdən sonra qanun üçüncü oxunuşda fəsil-fəsil səsə qoyualaraq qəbul edildi.

Həmçinin oxuyun

“Yəqin ki, bizim də növbəmiz çatacaq” – Vahid Mustafayev

ANS Yayım və Media Şirkətinin prezidenti Vahid Mustafayev Yenicag.az-ın əməkdaşının “ANS-in açılması nə qədər realdır?” …

Bir cavab yazın