Cümə , Aprel 26 2024
Ana səhifə / Manşet / Yusif Qədimbəyli maralları necə məhv edir? – “Buynuz vannası”nın sirri…

Yusif Qədimbəyli maralları necə məhv edir? – “Buynuz vannası”nın sirri…

Tanınmış jurnalist Samir Feyruzov özünün “Facebook” səhifəsində “Sədərək” Ticarət Mərkəzinin rəhbəri, məşhur iş adamı Yusif Qədimbəylinin zəngin və qeyri- adi həyat tərzini əks etdirən yazı paylaşıb. Azinforum.az həmin yazıda sadalanan faktların maraqlılığını nəzərə alaraq, postu olduğu kimi təqdim edir:

“Fotonu Xızı rayonunun Altıağac kəndində çəkmişəm. Kənddə “Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyliyə məxsus “Cənnət bağı” adlı istirahət mərkəzi yerləşir. İstirahət mərkəzinin girişində Y.Qədimbəylinin maral ferması da var. Fermada təxminən 500-ə yaxın maral, ceyran saxlanılır (Fotoda bir hissəsi düşüb). Məsələ bundan deyil, əslində, yüz milyonların sahibi olan Y.Qədimbəylinin maral ferması saxlaması təəccüb doğurmamalıdır.

Məsələ bundadır ki, Y.Qədimbəyli ayda bir dəfə adıçəkilən istirahət mərkəzində “Buynuz vannası” qəbul edir. Deməli, maralların buynuzlarını kəsib ona vanna düzəldirlər. Özünün ayrıca istirahət otaqları, tibb xidməti, qulluqçuları var. Mənə dedilər ki, buynuzları kəsilən maralların bir neçəsi qısa müddət sonra həyatla vidalaşmalı olur.

Əcaib ölkədir: ölkədə minlərlə kişi ailəsini saxlamağa pul tapmır, başqa biri isə buynuzlarını kəsib vanna qəbul edəcək deyə, maral ferması saxlayır. Azərbaycan kimi kiçik ölkələrdə bu boyda sosial bərabərsizlik olmalı deyil.., olmamalıdır!””

Azinforum.az

Həmçinin oxuyun

“Azərbaycanda narkotikin yayılmasını yuxarı səviyyədə himayə edirlər”

Elm və Təhsil Nazirliyinin tabeliyində olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Meydan TV-yə …