Çərşənbə axşamı , Sentyabr 22 2020
Ana səhifə / Manşet / Ukraynada fəaliyyət göstərən qurum azərbaycanlı jurnalistləri təltif etdi- siyahıda Məhəmmədəli Qəribli də var

Ukraynada fəaliyyət göstərən qurum azərbaycanlı jurnalistləri təltif etdi- siyahıda Məhəmmədəli Qəribli də var

Ukrayna Qarapapaq Türkləri Milli Şurası media təmsilçiləri və ictimai xadimləri medalla təltif edib.

Ukrayna Qarapapaq Türkləri Milli Şurasının Sədri Daşqın Gülməmmədov müxtəlif ölkələrdən olan ictimai xadimləri, KİV rəhbərləri və təmsilçilərini “Ukrayna Qarapapaq Türkləri Milli Şurasının 5 ili” yubiley medalı ilə təltif etmək barədə əmr imzalayıb. Bu barədə mətbuata UQTMŞ İnformasiya Departamentindən məlumat veriblər. UQTMŞ Rəyasət Heyəti Sədrinin müavini Vilayət Xəlilovun təqdimatı əsasında, Ukrayna ilə bağlı informasiyaların yayılmasında aktivlik göstərmiş, Ukraynanın ərazi bütövlüyü və milli suverenliyi barədə Ukraynanın dövlət maraqlarını qorumuş KİV rəhbərləri və təmsilçiləri, jurnalistlər, həmçinin ictimai xadimlərin”UQTMŞ 5 ili” yubiley medalı ilə kütləvi təltif etmək barədə qərar qəbul edilmişdir. Təltif edilənlərdən 23 nəfəri Azərbaycanın tanınmış KİV rəhbərləri, jurnalisti, media yazarları və ictimai xadimləridir. Medalların təqdim edilmə mərasimləri iki həftə ərsizdə UQTMŞ-nın səlahiyyətli nümayəndələri tərəfindən Kiyevdə, Vinniçada, Bakıda, Ankarda və Marneulidə təşkil ediləcək. UQTMŞ Sədrinin 012/(019) saylı, 05.0.2019 tarixli əmri ilə, “Ukrayna Qarapapaq Türkləri Milli Şurasının 5 ili” yubiley medalı ilə təltif olunan şəxslərin tam siyahısı:

Ukrayna vətəndaşları:

Volovodyuk Volodimr Volodimroviç, Malinovskaya Olqa Oleqovna , Şuljenko Sergey Qriqoroviç, Şurin Andrey Romanoviç

Foto – Məhəmmədəli QƏRİBLİ

Azərbaycan vətəndaşları: Abışova Vüsalə Mahir qızı , Ağacanov Elçin Alı oğlu, Allahverdiyev Toğrul Ağəli oğlu, Allahverənov Azər Kərim oğlu, Babyev Ziya Şakir oğlu, Bəşirov Ruslan Cəlil oğlu, Qafarov Əfqan Məhəmməd oğlu, Qəribli Məmmədəli Qərib oğlu, Quliyeva Aynur Camal qızı , Ələsgərli Əfsanə Bayram qızı , Əliyev Məğrur Möhtərəm oğlu , Əliyevə Arifə Vahid qızı , Əhədov Əlişir Alxas oğlu, Hüseynov Nicat Sakit oğlu , Cəbrayılov Ramil Əfqan oğlu, Cəfərov Mənsur Rəğəbət oğlu, Canbaxışlı Nahid Baxışəli oğlu, Zeynallı Əvəz Tapdıq oğlu, Mirzə Afiq Yelmar oğlu , Fərəcov Aqil Ələsgər oğlu, Şərif Gülxar Cəbrail qızı, Şəfiyev Nadir Yusuf oğlu

Gürcüstan vətəndaşları:

Əliyev Sərkərdə Sərxan oğlu, Bayramova Samirə Teymurxan qızı, Məmmədov Azər Süleyman oğlu , Məmmədov Nizami Zilli oğlu, Qazaxstan vətəndaşları: Sailaukizi Alma Xametjanova, Aida Kıdırbekovna

Türkiyə vətəndaşları: Ahmet Aydın, Ali Sait, Muhammet Kutlu , Nazim İncedere, Suat Namaz, Soğuksu Muharrem Akif

Polşa vətəndaşları: Kosiçinska Kladiya, Maqdalena Mamon, Marçin Çieslavska Anna

Yaponiya vətəndaşı: Vakizaka Keisuke Yudji

Özbəkistan vətəndaşı: Salamov Şuxrat Nasiroviç

Tunis vətəndaşı: Dridi Xaled Ben Belqasem

Belorusiya vətəndaşı: Ostrovskiy Aleksandr Aleksandroviç

“Ukrayna Qarapapaq Türkləri Milli Şurasının 5 ili” yubiley medalı 10 iyun 2017-ci ildə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının yaradılmasının 5 illik yubileyi münasibəti ilə UQTMŞ Rəyasət Heyətinin qərarı ilə təsis edilib və həmin medalla Ukrayna vətəndaşları, xarici vətəndaşlar və yaxud vətəndaşlığı olmayan şəxslər təltif edilir. 2017-ci ildə medall 53 şəxs, 2018-ci ildə 7 şəxs bu medalla təltif edilmişlər. Ukrayna Qarapapaq Türkləri Milli Şurası 17 iyul 2012-ci ildə, Kiyevdə keçirilən Ukrayna Qarapapaq Türklərinin 1-ci Məclisində təsis edilib. 6 may 2014-cü ildə Ukrayna Ədliyyə Nazirliyi Dövlət Qeydiyyat Xidməti tərəfindən təkrarən, Ümumukrayna İctimi Birliyi statusunda dövlət qeydiyyatına alınıb. Hazırda Ukraynanın ən böyük ictimai birliklərində birdir. UQTMŞ-nın Ukraynaın 24 vilayətində rəsmi qeydiyyatdan keçmiş 24 vilayət təşkilatı fəaliyyət göstərir. Mərkəzi Mənzil-Qərargahı Vinniça şəhərində yerləşir.

Həmçinin oxuyun

Aslan İsmayılov, yoxsa… “poplavok”

Aydın Canıyev Aslan İsmayılov heç vaxt heç bir problemim olmayan SƏHNƏ İSMİdir! Onu həmişə DƏYƏR …