Cümə , Aprel 26 2024
Ana səhifə / Manşet / Partiya sədri: “Ya yeni müharibə yaxındadır, ya da Naxçıvan muxtariyyəti ləğv ediləcək”

Partiya sədri: “Ya yeni müharibə yaxındadır, ya da Naxçıvan muxtariyyəti ləğv ediləcək”

“Ölkənin quru sərhədlərin tam bağlanmasının hələlik ancaq iki mümkün səbəbini görürəm: ya yeni müharibə yaxındadır, ya da Naxçıvan muxtariyyatını ləğv edəcək referenduma hazırlıq gedir”.

Azinforum.az xəbər verir ki, bu sözləri REAL Partiyasının sədri İlqar Məmmədov deyib.Onun sözlərinə görə, bu məsələdə ölkə daxilində xarici elementlərin müdaxiləsi ehtimalını minimuma endirmək məqsədi hiss olunur.

İ. Məmmədov sərhədlərin bağlanmasında AZAL-lın maraqlı olması barədə gəzən versiyanı təkzib edib: “AZAL-ın bu durumdan əlavə pul qazanması biznesin hansısa siyasi məqamlardan faydalanması mövzusudur. Bu cür qərarın siyasi sponsoru çətin ki, AZAL ola. Mən hələlik yeni müharibə ya da referendumdan başqa səbəbini görmürəm. Bəlkə bir qədər vaxt sonra başqa səbəblər də görünər”.

Həmçinin oxuyun

“Azərbaycanda narkotikin yayılmasını yuxarı səviyyədə himayə edirlər”

Elm və Təhsil Nazirliyinin tabeliyində olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Meydan TV-yə …