Ana səhifə / Bölgələr / İsmayıllıda 7 il əvvəl ölən adamın adına radar cəriməsi gəldi – VİDEO

İsmayıllıda 7 il əvvəl ölən adamın adına radar cəriməsi gəldi – VİDEO

İsmayıllıda 7 il əvvəl ölmüş şəxsin adına cərimə protokolu göndərilib. Əsgər Canaliyevin ailəsi evlərinə gələn bu məktubdan narahat olublar. Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsindən isə bildirib ki, həmin tarixdə Türkiyəyə məxsus yük avtomobili qayda pozuntusu törədib. İdarənin mərkəzi informasiya sistemində Türkiyəyə məxsus avtomobillərin qeydiyyatı  mövcud  olmadığından  həmin elektron protokol eyni nömrədə  olan nəqliyyat vasitəsinin sürücüsünün adına  qeydiyyata  alınıb. Sonradan bu texniki səhv aradan aldırılıb.

7 il əvvəl vəfat etsə də, adına hələ də radar gəlir. Tragikomik hadisə İsmayıllı rayonunda baş verib.

Vəfat etmiş şəxsin adına gələn elektron qərarda göstərilir ki, Canaliyev Əsgər Biniyət oğlu bu il iyun ayının 19-da Abşeron-Aşağı Güzdək yolunun 35-ci kilometrliyində  avtomobillə radara düşüb. Və o 50 manat məbləğində cərimələnib.

Mərhum Əsgər Canaliyevin oğlu Xəqani Canalıyev bildirir ki, məslənin belə olması onu çox narahat edib.

Məsələyə Baş Dövlət Yol Polis İdarəsi də münasibət bildirib

İdarənin inspektoru Toğrul Nəsirlinin sözlərinə görə  hec bir sürücü törətmədiyi yol hərəkəti qayda pozuntusuna görə inzibati məsuliyyətə cəlb oluna bilməz..Belə halla  qarşılaşan sürücülər  bas dövlət yol polis idarəsinə məlumat versinlər.

Həmçinin oxuyun

Lənkəranda bir neçə kəndin sakinləri yolsuzluqdan əziyyət çəkir

Lənkəranın Gəgiran, Tükəvilə, Diryan və daha bir neçə kəndi birləşdirən yol sıradan çıxıb. Kəndlilər deyirlər …