Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / “Nemm” telefon aksesuar dükanları brend adı ilə “Basseus” adlı keyfiyyətsiz telefon “adapteri” satır – VİDEO

“Nemm” telefon aksesuar dükanları brend adı ilə “Basseus” adlı keyfiyyətsiz telefon “adapteri” satır – VİDEO

Bu videonu hazırlamayıb üstündən sükutla keçə bilərdik. Ancaq rastlaşdığımız fırıldaq və həmin fırıldağı edənlərin harın, özündən razı davranışları bizi buna vadar etdi. Əməkdaşlarımızdan birinin son model ayfon telefonuna aid cərayan yığanı (adapteri) itdiyi üçün, yeni “adapter” almaq məcburiyyətində qalıb.

Bunun üçün 28 may metrosuna yaxın ərazidə: konkret olaraq 28 may küçəsi ilə “Azadlıq” küçəsinin kəsişməsində, məşhur “Muzik Galeri” ilə üzbə-üz yerləşən “Nemm” adlı telefon aksesuarı satan mağazaya müraciət edib. Həmin dükanda ona məsləhət görüblər ki, “Basseus” markasının malını alsın. Həmin firmaya məxsus bir ədəd başlıq, bir ədəd də ona aid şnuru alandan sonra, bir ay keçməmiş, naqilin telefona keçən başlığı sınıb qalıb telefonun daxilində. Əməkdaşımız dükana müraciət edəndə , oradakı işçilərdən birinin kobudluğu ilə rastlaşıb. Ona zorla izah ediblər ki, günah müştərinin özündədir.

Əlqərəz, təzədən əlavə pul alıb yenə həmin firmanın şnurunu ona veriblər. Bir həftə sonra, yenə eyni problem üzə çıxıb. Həmin naqilin telefona keçən hissəsi sınıb telefonun daxilində qalıb. Əməkdaşımız eləmə tənbəllik təzədən yollanıb həmin dükana. Eyni problemin olduğunu görən dükanın rəhbərliyi bu dəfə günahlarını boynlarına almalı olublar.

Yenə də , eyni məhsulu tələb edəndə, əməkdaşımız razılaşmayıb. Belə olanda dükan yalnız naqilin plunu qaytaracağını deyib, ya da təklif edib ki, həmin başlığa başqa bir bahalı şnur alınsın. Malın bütünlüklə geri qaytarılmaslnı tələb edən əməkdaşımız kobud davranışa üzləşib. Sonra isə dükanın müdiri və işçiləri jurnalistin üstünə hucum edərək, onu mağazadan kənarlaşdırıblar ki, heç bir çəkiliş aparılmasın.
Azinforum.az olaraq biz bu adda dükanla bağlı araşdırma apardıq.

Məlum oldu ki, dükan sahibinin şəhərin bir neçə yerində belə mağazaları var. Sosial şəbəkələr üzərindın apardığımız araşdırma zamanı məlum oldu ki, dükan əsasən sözügedən adda “adapter”lərin satışı üzrə ixtisaslaşıb. Çox güman ki, həmin məhsulu Çindən ölkəyə ya həmin dükan sahibi və ya on yaxın adam gətirir. Ona görə də, keyfiyyətsiz məhsulu brend adı ilə əhaliyə baha qiymətə satırlar.

Ümidvarıq ki, əlaqədar qurumlar, xüsusilə də İqtisadiyyat Nazirliyi bu dükanlar şəbəkəsi ilə bağlı ciddi ölçü götürəcək. Sözügedən dükanın müdiri əməkdaşımıza deyib ki, hara istəyirsən şikayət et, kim gəlsə 50 manat verib, məsələni yoluna qoyacayıq. Vətəndaşlarımızdan bu adda dükandan mal alanda xüsusilə diqqətli olmalarını istərdik.

Çinarə SEYİDOVA,
Azinforum.az

Həmçinin oxuyun

Rusiyadan Azərbaycana kəsim üçün gətirilən əti monopoliyada saxlayan kimlərdi?..-Video

Azinforum.az Rusiyadan kəsim üçün Azərbaycana gətirilən ətin monopoliyasına nəzarət edən şəbəkə ilə bağlı maraqlı araşdırma …