Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Manşet / Milli Məclisin deputatı Nabranda sərxoş oldu, polisi döydü – ŞOK

Milli Məclisin deputatı Nabranda sərxoş oldu, polisi döydü – ŞOK

Xaçmaz rayonunun deputatı Eldəniz Səlimovun polisi döyməsi barədə məlumat yayılıb.

Bu barədə Reportyor.info ya Xaçmaz sakinləri bildirilib ki, hadisə dünən Nabranda baş verib.Sakinlər qeyd edir ki, deputat səxoş olub və istirahət mərkəzlərinin birində rayonun qeydiyyat şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğluna hücum çəkib, ona xəsarət yetirib.

Hazırda polis işə çıxmır.

Qeyd edilib ki, deputatın ailə üzvləri polisin evinə gediblər, ondan məsələni böyütməməyi xahiş edirlər.

Məlumat artıq sosial şəbəkələrdə də sürətlə yayılır.

Məsələ ilə bağlı deputatın özü ilə əlaqə saxlamaq mümkün olmadı. O, istifadə etdiyi hər iki mobil nömrəsini bağlayıb.

Həmçinin oxuyun

Tenderə nəzarət edən dövlət qurumunun özü qanunsuz tender keçirir? – Fotofakt

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Baku Electronics” MMC (VÖEN – …