Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Cəmiyyət / Nabranda deputat sərxoş halda polisi döyüb?

Nabranda deputat sərxoş halda polisi döyüb?

Xaçmaz rayonunun deputatı Eldəniz Səlimovun polisi döyməsi barədə məlumat yayılıb. 

“Bakupost” xəbər verir ki, hadisə dünən Nabranda baş verib. Məlumata görə, deputat istirahət mərkəzlərinin birində sərxoş olub və Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirib.

Hazırda polis işə çıxmır. Deputatın ailə üzvləri isə polisin evinə gedərək ondan məsələni böyütməməyi xahiş ediblər. Məsələ ilə bağlı deputatın özü ilə əlaqə saxlamaq mümkün olmayıb. DİN Mətbuat Xidmətindən isə bildirilib ki, bu barədə onlara məlumat daxil olmayıb.

Deputat Eldəniz Səlimovun adı bundan əvvəl Xaçmaz rayonunda meşə ərazisində ağacların kütləvi qırılmasında hallanmışdı. Həmin meşə ərazisi deputatın atasının şirkəti tərəfindən uzunmüddətli icarəyə götürülüb.

Həmçinin oxuyun

Paytaxtda 600 manata səməni satılır? – VİDEO

Novruz bayramına artıq sayılı günlər qalıb. Bu bayramın əsas simvollarından biri olan səməni demək olar …