Şənbə , Aprel 27 2024
Ana səhifə / Manşet / Mətbuat Şurası Osman Nərimanoğluna və Demokratik.az saytına ikinci dəfə ciddi xəbərdarlıq etdi – QƏRAR

Mətbuat Şurası Osman Nərimanoğluna və Demokratik.az saytına ikinci dəfə ciddi xəbərdarlıq etdi – QƏRAR

Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.  Mətbuat Şurasından Azinforum.az-a daxil olan məlumatda bildirilir ki,  toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.

“Metak” MMC-nin “Emtv.az” saytına qarşı şikayətini araşdıran komissiya üzvləri rəyə gəliblər ki, informasiya resursunun hazırladığı materiallarda “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın (AJPDQ) əksər prinsipləri pozulub. Materiallarda şirkət barədə ciddi ittihamlar yer tutsa da,  qarşı tərəfin rəyi öyrənilməyib, həmçinin, yanlış məlumatların düzəldilməsi üçün şirkət tərəfindən edilən müraciətlər nəzərə alınmayıb. İnformasiya resursunda yayımlanan materiallarda  kampaniyaçılığın üstünlük təşkil etdiyini nəzərə alaraq, daha geniş müstəvidə araşdırılma üçün məsələ MŞ-nin “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına yönləndirilmişdir.

“Veysəloğlu” MMC-nin “Gündəm Xəbər” qəzetinə qarşı şikayəti araşdırılarkən müəyyən edilmişdir ki, şirkətin eyni motivli müraciəti əsasında məsələ artıq Yasamal Rayon Məhkəməsində araşdırılıb və qəzet haqqında hökm çıxarılıb. Məhkəmə hökmü olduğu üçün  komissiya  məsələni baxılmamış saxlayıb.

Komissiya üzvləri Tərtər Rayon Polis Şöbəsinin sabiq rəisi Əflatun Məcidovun  “Reallıq.info” saytına qarşı müraciətini də baxılmamış saxlayıblar. Bildirilib ki, MŞ-nin bu informasiya resursu haqqında daha öncədən ciddi rəyi olub, onun adı MŞ tərəfindən hazırlanan “qara siyahı”ya daxil edilib. Adları “qara siyahı”da olan KİV-lər haqqında təkrar rəy verilmir.

Göygöl  Suvarma  Sistemləri  İdarəsinin  rəisi  İlqar  Məhərrəmovun   “Demokratik.az”  Xəbər  Portalına  qarşı müraciətini araşdıran komissiya üzvləri müəyyən ediblər ki, portalda yayımlanan materiallarda AJPDQ-nın prinsipləri intensiv şəkildə pozulub, portalın baş redaktoru adından dərc edilmiş yazıda etik qaydalara sayqısızlıq nümayiş etdirilib.  “Demokratik.az”  Xəbər  Portalına və baş redaktor Osman Nərimanoğluna ciddi xəbərdarlıq edilib.

AzNews.az  bildirir ki,   MŞ-nın son iclasında ciddi xəbərdarlıq alan “Demokratik.az” saytı və onun baş redaktoru Osman Nərimanoğluna  ötən ay da MŞ tərəfindən ciddi xəbərdarlıq edilmişdi.   Sentyabrı ayının 18-də “Bakı-Xəbər” qəzetinin əməkdaşı Məhəmmədəli Qəriblinin “demokratik.az” saytının rəhbəri Osman Rzayevə qarşı müraciətini araşdıran komissiya müəyyən edib ki, dərc edilmiş yazılarda Jurnalistlərin Peşə Davranışı Qaydalarının prinsipləri kobud şəkildə pozulub: qeyd edilən materiallarda təhqir, böhtan halları ilə yanaşı, təhdidlər, hədələr də əks olunub. 

Əldə etdiyimiz məlumata görə, Osman Nərimanoğlunun  məhz bu cür ictimai qınaq metodlarından lazımi nəticə çıxarmadığı və jurnalist peşə qaydalarına zidd olan fəaliyyətini davam etdirdiyi  səbəbindən tanınmış jurnalist Məhəmmədəli Qəribli  onunla bağlı xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. Bu gün Yasamal  Rayon Məhkəməsində  həmin şikayətlə bağlı hazırlıq iclası keçirilib. Növbəti məhkəmə prosesi noyabr ayının 7-si saat 16.00 təyin olunub. İş hakim Hüseyn Səfərovun icraatındadır.

Azinforum.az

Həmçinin oxuyun

Rusiyadan Azərbaycana kəsim üçün gətirilən əti monopoliyada saxlayan kimlərdi?..-Video

Azinforum.az Rusiyadan kəsim üçün Azərbaycana gətirilən ətin monopoliyasına nəzarət edən şəbəkə ilə bağlı maraqlı araşdırma …