Şənbə , Aprel 27 2024
Ana səhifə / Manşet / General Zəfərə aparan yoldan yazır…

General Zəfərə aparan yoldan yazır…

SSRİ-nin dağılması ilə müstəqillik əldə etmiş əksər respublikalar ilk illərdə sosial, iqtisadi, siyasi, bir sözlə, həyatın bütün sahələrini əhatə edən ciddi çətinliklərlə üzləşdi. O dövrə qədər mövcud olmuş İttifaqdaxili iqtisadi əlaqələrin, respublikalararası müqavilələrin, eləcə də, qanunların qüvvədən düşməsi ölkəmizi də dərin böhran vəziyyətinə gətirib çıxarmışdı.

​XIX əsrdə Çar Rusiyası tərəfindən hissə-hissəköçürülmüş, Qərbi Azərbaycan torpaqlarını məngirləməklə dövlət statusu qazanmış ermənilər sonrakı iki yüz ilə yaxın müddət ərzində mütəmadi olaraq himayədarlarının dəstəyinə və köməyinə arxalanaraq Azərbaycan torpaqlarına və  azərbaycanlılara qarşı təcavüzkar və soyqırım siyasəti yeritmiş, torpaqlarımızı mənimsəmiş, minlərlə həmvətənlərimizi milli etnik zəmində kütləvi qırğınlara məruz qoymuşlar.

​1986-1987-ci illərdə ermənilərin xalqımıza və torpaqlarımıza qarşı təcavüz dalğası yenidən baş qaldırdı. Onların bu dəfəki məqsədləri Çar Rusiyası tərəfindən“Kürəkçay”, “Gülüstan” və “Türkmənçay” sülhmüqavilələrindən sonra, dünyanın bir sıra regionlarındanköçürülərək Azərbaycanın Qarabağ bölgəsində məskunlaşdırılmış, 1923-cü ildə Azərbaycanın tərkibində muxtariyyət statusu verilmiş erməni icmasının heç bir beynəlxalq normalarla uzlaşmayan formatdaAzərbaycanın tərkibindən çıxmaq, əsrlərlə ata-baba yurdu olan yerli azərbaycanlı əhalini sıxışdırıb qovmaq və məhv etməklə Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaratmaq idi.

​ İllərlə düşmənçilik siyasəti yürüdən, mahiyyətcə erməni şovinizmini və terrorunu təbliğ edən daşnaksütun partiyasının fəalları, Dağlıq Qarabağ Muxtar vilayətində cinayət yolu ilə mənimsədikləri külli miqdarda vəsait hesabına quduzlaşmış və məsuliyyətdən yayınmaqdamaraqlı olan bir qrup nankor köçəryanlar, sərkisyanlar, poqosyanlar və digərləri ilə cinayət əlaqəsinə girərək,guya Qarabağın “köklü sakinləri” olan “məzlum” ermənilər azərbaycanlılar tərəfindən sıxışdırılması və hüquqlarının pozulması səbəbindən Azərbaycanın tərkibindən çıxmaq, özlərinin “tam müstəqilliyini” elan etmək məcburiyyətində qaldıqlarını bəyan etmişlər.

​Əslində isə, o zaman SSRİ-yə başçılıq edən MixailQorbaçovun ikiüzlü siyasətinə güvənən və onun ətrafında cəmləşən bir neçə erməni şovinistlərinin birgə ideyalarından qaynaqlanan bu aksiya çox əvvəlplanlaşdırılmışdı.

​ Son vaxtlar erməni siyasətçilərinin bəziləri Qarabağın Azərbaycanın tərkibindən çıxması fikrinə  guya SSRİ dövlətinin dağılması prosesində gəldiklərini iddia etməyə cəhd edirlər. Halbuki, hadisələrə rəvac verənlərdən biri olan Qorbaçovun köməkçisi Aqambekyan SSRİ-nin hələ dağılmağa məruz qalmasından dörd il qabaq, 1987-ci ildə Fransada çıxış edərək Qarabağda yaşayan ermənilərin  “öz müqəddəratını təyin etmə” planları barədə açıqlama vermişdi. Bu ərəfədə Ermənistanın yerli sakinləri olan azərbaycanlıların öz tarixi vətənlərindən qovulubçıxarılması prosesinə artıq başlanmışdı. 1988-ci ilin yanvar-fevral aylarında Qarabağ ərazisində millətlərarası münasibətləri qızışdırmaq məqsədilə ermənilər tərəfindən iki nəfər azərbaycanlı çobanın öldürülməsi və Sumqayıt şəhərində Qriqoryan soyadlı şəxsin, azərbaycanlı və erməni millətindən olan otuz iki nəfərin öldürülməsi ilə nəticələnən, əvvəlcədən planlaşdırılmış təxribatlarıAzərbaycana qarşı növbəti xəyanətin başlanğıc mərhələsi idi.

​O zaman Sovetlər ölkəsində böyük nüfuza malik, SSRİ Nazirlər Soveti Sədrinin 1-ci müavini, Sovet İttifaqı KP MK-nin büro üzvü Heydər Əliyevin həmin vəzifədəolduğu, eləcə də, Azərbaycana rəhbərlik etdiyi əvvəlki illərdə erməni millətçiləri nankorluq nümunəsi olan bu niyyətlərini qabartmağa belə cəsarət etmədilər. İttifaq rəhbərliyində obyektiv və prinsipial mövqeyi ilə seçilən Heydər Əliyev, idarəçilik mexanizmi tənəzzülə uğramaqda olan M. Qorbaçovun da yaralı yeri idi və mahiyyət etibarı ilə onun daçnaklarla Heydər Əliyevə qarşı məqsədi üst-üstə düşürdü.

​M. Qorbaçov hələ Stavropol vilayətində işlədiyi dövrlərdən erməni mafiyasının sifarişi ilə üzərinə götürdüyü öhdəliklər sayəsində yüksəldiyi rəhbər vəzifəni, onunla müqayisə olunmaz qüruru və işgüzar nüfuzu ilə fərqlənən, idarəçilikdə yol verdiyi səhvləri büronun iclaslarında üzünə çırpan  Heydər Əliyev şəxsiyyətinin zəhmindən və tutduğu vəzifəni uduzmaq təhlükəsindən ehtiyat edirdi. Ona görə də, Heydər Əliyevin hansı yolla olursa olsun vəzifəsindən istefa verməsinə nail olmaq,həm də Azərbaycan Respublikası  KP MK-nin 1-ci katibi başda olmaqla, DİN, MTN və digər mühüm nazirlik və xidmətlərin rəhbər heyətlərinin, Heydər Əliyev şəxsiyyətinə qısqanclıqla yanaşan, “Mərkəz”-in göstərişlərini özünün şəxsiyyətindən, milli mənsubiyyətindən və digər mənəvi dəyərlərdən üstün tutan bayağılaşmış manqurtlarla əvəz olunması kimi Azərbaycana və şəxsən Heydər Əliyevə qarşı mürtəce məqsəd güdən plan həyata keçirilməli idi.

​Məhz, bu məqsədlə planlaşdırılmış təxribatlarınhəyata keçirilməsinin başlanğıc mərhələsində Azərbaycan KP MK-nin 1-ci katibi vəzifəsinə  təyin olunmuş və iki ilə yaxın müddət ərzində respublikaya rəhbərliyi dövründə ölkəni xaos vəziyyətinə gətirib çıxaran Ə.Vəzirovun bugünlərdə verdiyi müsahibədən məlum olur ki, 1985-ci ildə onun hələ Xarici İşlər Nazirliyi sistemində işlədiyi vaxtQorbaçov ona Azərbaycanda 1-ci katib vəzifəsini təklif edib. O isə, təklif olunan vəzifəni bacarmayacağı barədə bildirdiyini etiraf etmişdi. Heç də təsadüfi deyildi ki, üç il sonra Qorbaçov “əvəzolunmaz” Ə.Vəzirovun Azərbaycana rəhbər təyin olunması barədə qərarını qəbul edir vəsonuncu 20 yanvar 1990-cı il hadisələrindən iki gün əvvələ qədərki  müddət ərzində həqiqətən də bacarmadığı vəzifəni acınacaqlı sonluqla yerinə yetirir. Yanvarın 18-də (20 yanvar hadisələrindən 2 gün əvvəl) Moskvaya qayıtdıqda, Qorbaçov onu həmin vaxt, nə də sonrakı müddət ərzində qəbul etməyi belə rəva bilmir.

​ Ə.Vəzirovun müsahibəsində qeyd etdiyi bu faktın özü bir daha təsdiq edir ki, Heydər Əliyevə və Azərbaycana qarşı Qorbaçovla erməni şovinistləri arasında separatist əlaqə hələ 1985-ci ildə mövcud olub və Ə.Vəzirovunbilərəkdən Azərbaycana rəhbər təyin olunması və “təyinatı üzrə istifadə edilməsi”, qabaqcadan tərtib olunmuş planın tərkib hissəsi olmaqla məqsədyönlü həyata keçirilmişdir.

​Heydər Əliyevin istefasından sonra, həmin dövrdəonun Azərbaycana qayıtmasının qarşısını almaq məqsədilə MTN rəhbərliyinə tədbirlər görülməsi barədə müvafiq tapşırıqlar verilmişdi. Bu xidmətin Azərbaycan  üzrə yerli əməkdaşları və əlaltıları vasitəsi ilə Azərbaycandan Heydər Əliyev haqqında uydurma, anonim yazılar təşkil olunmaqla, onu xalqımızın gözündən salmağa cəhdlər edilirdi. Hətta, Ulu Öndərin Moskva şəhəri yaxınlığında tibb müəssisələrinin birində müalicə olunduğu zaman onun Azərbaycana qayıdacağından narahat olan, o dövrdə Azərbaycanın ölkə başçısı A.Mütəllibov Rusiya DTK sədrinin vasitəsi və xidməti telefonu ilə Heydər Əliyevlə əlaqə saxlamış, ona Azərbaycana qayıtmamağı məsləhət görərək, vətənindəartıq onu sevmədiklərinə dair  həqiqətə uyğun olmayan məlumat vermiş və Bakıya döndüyü təqdirdə təhlükə ilə qarşılaşacağının istisna olmadığı barədə bildirmişdi.

​Təbii ki, Heydər Əliyev hər hansı təhlükədən qorxmadığını, Azərbaycanın onun doğma vətəni olduğunu, öz xalqını sevdiyini, istədiyi vaxt vətəninə qayıdacağını, heç kəsin ona mane ola bilməyəcəyini və heç kimin belə bir səlahiyyətə malik olmadığını nəzərə çatdırmışdı. Halbuki, həmin ərəfədə, sonradan özlərini ifşa edən və səriştəsiz hakimiyyətlərini qorumağa cəhd edən bir qrup ikiüzlü  nankorlar  istisna olmaqla, qədirbilən azərbaycan xalqı həmişə olduğu kimi öz ləyaqətli oğlunun xalqımıza olan sonsuz istəyini, respublikamızın inkşafınaminə gördüyü misilsiz işləri yüksək qiymətləndirirdi və ona tükənməz sevgisi var idi.

​Buna baxmayaraq, özgə dəyirmanına su tökən hakimiyyət nümayəndələrinin fəaliyyətdə olan gizli şəbəkələrinin vasitəsilə qurduqları təxribatlarla Heydər Əliyevi Bakıya gəlməkdən çəkindirmək məqsədilə, ölkəmizin tanınmış ziyalıları ilə birgə hava limanında onu qarşılamağa hazırlaşdıqları barədə Ulu Öndərlə telefon əlaqəsi saxlayan Azərnəşrin direktoru Əjdər Xanbabayev 30.05.1990-cı il tarixdə axşam saat 10 radələrində şəhərin mərkəzinə yaxın Ketsxoveli və Poluxin küçələrinin kəsişdiyi döngədə dostunun evindən çıxıb avtomobilinə əyləşdiyi zaman yaxın məsafədən açılan atəşlə qətlə yetirildi.

​Heç bir hədə-qorxuya məhəl qoymayan Heydər Əliyev Bakıya gəldi və bir neçə gündən sonra ilk vaxtlarda anadan olduğu Naxçıvanda yaşamağa və  işləməyə üstünlük verdi.

​Respublika rəhbərliyinin, eləcə də hakimiyyəti ələ keçirmək iddiasında olan Xalq cəbhəsinin yarıtmaz və satqın mövqelərindən istifadə edən ermənilər Qarabağda və Sumqayıtda törətdikləri təxribatlarla təcavüzkar niyyətlərinə yol açdılar. Ermənistan ərazisindən işgəncələr tətbiq olunmaqla, son nəfərə qədər qovulan 250 minə yaxın azərbaycanlı öz ata-baba yurdları ilə vidalaşmalıoldu. Düşmənin silahlı qüvvələri himayədarlarının fəal dəstəyi ilə o dövrün Dağlıq Qarabağ Muxtar Vilayətininərazisinə daxil olan Xankəndini, Xocalını, daha sonraŞuşanı, Laçını və ətraf əraziləri işğal etdi.

​1905, 1918, 1948-1953 -cü illərdə milli zəmində azərbaycanlılara qarşı törədilən soyqırım siyasətinin tərkib hissəsi və davamı olaraq, işğal edilən ərazilərimizdən qovulan həmvətənlərimiz yenə də bu qəddar siyasətin qurbanları oldu. Yüzlərlə qadın, uşaq, qoca xüsusi amansızlıqla qətlə yetirildi, ailələr məhv edildi. Ermənistan ərazisində dislokasiya olunmuş rus ordusunun 366-cı motoatıcı alayının hərbi dəstəyi və iştirakı ilə törədilən Xocalı faciəsi erməni faşistləri tərəfindən azərbaycanlılara qarşı milli-etnik zəmində həyata keçirdikləri ən qəddar soyqırımdır. Şaxtalı və qarlı gündə erməni faşistlərininkütləvi silahlı hücumundan yarıçılpaq və ayaqyalın vəziyyətdə qurtulmağa cəhd edən ananın sinəsinə sıxdığıkörpəsini silahın nizəsi ilə qucağından zorla qopararaq onun gözü qarşısında qətlə yetirib, sonra özünü də oxşar işgəncələrə məruz qoyması, fikrimcə,  tarixdə analoqu olmayan vəhşiliyin bir nümunəsidir.

​SSRİ-nin dağılmasından sonra, 1992-ci ildə Azərbaycan məruz qaldığı təcavüzə son qoymaq, ərazi bütövlüyünün təmin edilməsi, Ermənistan silahlı birləşmələrinin Azərbaycan torpaqlarından çıxarılmasına təsir göstərməyə qadir olan BMT-nin üzvlüyünə daxil oldu.

​Dünyanın ən yüksək statusa malik mötəbər beynəlxalq təşkilatı olan BMT və onun Təhlükəsizlik Şurası, fəaliyyətini tənzimləyən nizamnaməsinə uyğun olaraq, hər hansı ölkənin beynəlxalq normalar çərçivəsində tanınmış ərazilərinə, suverenliyinə yönələn müdaxilə, təcavüz, o cümlədən, silahlı hücum törədildiyi hallarda, onun qarşısını almağa yönələn tədbirlər görmək, o cümlədən, sanksiyalar tətbiq etmək, lazım gəldikdə,təcavüzkara qarşı sərəncamında olan silahlı struktur qurumun gücündən istifadə etmək səlahiyyətinə malikdir.

​Öz təcavüzkar siyasətini davam etdirərək, 1993-cü ilin aprel ayının ilk günlərindən başlayaraq, düşmən DQMV-nin ərazisinə daxil olmayan Kəlbəcəri, Ağdamı, Füzulini,Cəbrayılı, Qubadlını, Zəngilanı və onlara bitişik çoxsaylı yaşayış məntəqələrini işğal etdi.

​Həmin ilin aprel-noyabr ayları ərzində BMT-nin Təhlükəsizlik Şurası tərəfindən işğal olunmuş torpaqlarınbeynəlxalq hüquq normaları əsasında tanınmış Azərbaycan əraziləri olmasını təsdiq edən, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindənçıxarılması tələblərini əks etdirən, əslində Dağlıq Qarabağın işğal altında olan ərazilərinə və Ermənistanın təcavüzkar işğalçılıq roluna nisbətdə liberal mövqe nümayiş etdirən dörd qətnamə qəbul olundu. 

​Lakin qəbul olunmuş qətnamələrə məhəl qoymayan erməni faşistləri özbaşınalıqlarını davam etdirərək işğal etdikləri ərazilərdə yaşayan 750 minə yaxın yerli əhalini öz doğma ev-eşiyindən didərgin saldı.

​Ölkəmizin daxilində mövcud olan dərin iqtisadi və siyasi böhran,  hakimiyyətsizliyin baş alıb getdiyi qeyri sabit şərait, hərbi sahədə özbaşınalığın hökm sürməsi, torpaqlarımıza, eləcə də, həmvətənlərimizə qarşı törədilən təcavüzün qarşısını almağa imkan vermirdi. Belə bir şəraitdə müharibənin daha ağır nəticələrə gətirib çıxarması ehtimalı qaçılmaz olaraq qalırdı. BMT Təhlükəsizlik Şurası isə qətnamələrinin icrasına yönələn tədbirlər görməkdən yayınırdı.

​1992-ci ilin mayında hakimiyyəti zəbt edən Xalq Cəbhəsinin bir illik səriştəsiz fəaliyyətinin nəticəsi olaraqyaranmış özbaşınalıq zəminində, ərazilərimizin işğalınındavam etdiyi bir dövrdə və şəraitdə kəşfiyyat orqanlarının və əlaltılarının təhriki ilə separatçı ünsürlərin cənub vəşimal bölgələrində ölkənin parçalanmasına yönələn cəhdləri, 709 saylı hərbi hissənin dövlət çevrilişi məqsədilə törətdiyi Gəncə qiyamı vətəndaş müharibəsininbaşlanmasına gətirib çıxarmışdı. Xalqımızın həm də maddi çətinliklərə məruz qaldığı ümidsiz vəziyyətində Heydər Əliyevin xalqın təkidli xahişi və tələbi ilə Bakıya dəvət olunması, ölkədə tamamilə nüfuzunu itirmiş və dövlətçiliyi yox dərəcəsinə gətirib çıxaran Ə.Elçibəyin özü  üçün də ən optimal və ümidverici variant idi.

​Tarix də sübuta yetirdi ki, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, xalqının gələcək xoşbəxtliyi və rifahı naminə canından keçməyə hazır olan dahi rəhbər – Heydər Əliyev xalqının ümidini qırmadı və Bakıya gəldi. Mövcud problemlərin hər biri təxirəsalınmaz və təsirlitədbirlər görülməsini tələb etdiyindən, idarəçilikdə təcrübəsi olan siyasi bilik və bacarığa malik təcrübəli kadrlara böyük ehtiyac var idi. Ulu Öndər hələ Azərbaycana rəhbərlik etdiyi 1969-1982 -ci illər ərzində,tabeliyində işləmiş, onun idarəçilik təcrübəsindən yararlanan, bilik və bacarığına bələd olduğu, hətta sonradan nankorluq edib arxasınca danışan şəxslərdən olsalar da belə, bəzilərini bir sıra mühüm sahələrdə məsul vəzifələrə təyin etdi, fərdi keyfiiyyətlərini nəzərə almadan, idarəçilik sistemində onların fəaliyyəti üçün şərait yaratdı.

​Xarici  kəşfiyyat  orqanlarının təhriki və dəstəyi ilə Azərbaycanın parçalanmasına, müstəqilliyinə yönələn qəsdlər, törədilən təxribatlar, dövlət çevrilişinə cəhdlər, terror aktları, özünün həyatına qarşı sui-qəsdlər ölkə Prezidenti Heydər Əliyevi xalqının xoşbəxt gələcəyi naminə tutduğu müqəddəs yoldan döndərə bilmədi. Ulu Öndərin uzaqgörən siyasəti, cəsarətli, həm də çevik addımları sayəsində mənfur qüvvələrin ölkəmizin təbii sərvətlərinə sahib çıxmaq arzuları ürəklərində qaldı. Xarici investorların ölkəmizə cəlb olunması, dünyanın mötəbərneft şirkətləri ilə imzalanan kontraktlar, təkcə iqtisadi cəhətdən deyil, həm siyasi, həm də beynəlxalq əlaqələrin qurulması və inkişafı sahəsində müstəsna əhəmiyyətə malik oldu.

​Qarabağın ərazisini, eləcə də 7 rayonu işğal etmiş Ermənistanla həmin ərəfədə müharibənin davam etdirilməsində uğur əldə etməyin yanlış variant ola biləcəyini düşünərək, Heydər Əliyev Bakıya qayıtdığı ilk anlardan ölkəmizin hərtərəfli  böhran vəziyyətini nəzərə alaraq, düşmən tərəflə müvəqqəti də olsa atəşkəsə nail olmaq istiqamətində danışıqlar aparılmasına üstünlük verdi və 1994-cü ilin may ayında bu barədə qarşılıqlı razılıq əldə olundu.

​Beynəlxalq sahədə də münasibətlər yox dərəcəsindəidi. Azərbaycana rəhbərlik etmiş şəxslərin ikili standartlara xidmət etməsi, mövqe primitivliyi və təcrübəsizliyi ucbatından ölkənin beynəlxalq əlaqələri bərbad vəziyyətdə idi. Ermənilərin fitnəkar niyyətləri, Azərbaycana qarşı düşmənçilik mövqelərinin, eləcə də, mütəmadi olaraq davam edən əsassız torpaq iddialarının mahiyyətiictimaiyyətə çatdırılmırdı.  Torpaqlarımızda ikinci erməni dövləti yaratmaq məqsədi ilə yüz minlərlə azərbaycanlı əhalininin yurd-yuvalarından didərgin salınması, minlərlə həmvətənlərimizin xüsusi amansızlıqla qətlə yetirilməsi kimi vəhşilikləri barədə nəinki beynəlxalq səviyyədə, ölkənin daxilində belə faktiki reallığı əks etdirən informasiya qıtlığı mövcud idi. Qarabağ ermənilərinin guya azərbaycanlılar tərəfindən sıxışdırılması və hüquqlarının pozulduğu barədə daşnaklar tərəfindən uydurulmuş şər və böhtan dolu təbliğat beynəlxalq arenada əsl həqiqətin ört-basdır edilməsinə, ağ yalan və iftiraların isə ayaq tutub yeriməsinə gətirib çıxarmışdı.

Münaqişənin həlli ilə bağlı ATƏT-in yaratdığı Minsk qrupunun iştirakı ilə aparılan danışıqlar prosesində, eləcə də iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə Heydər Əliyev Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması, ölkəmizin ərazi bütövlüyünün təmin olunması barədə qəbul olunmuş BMTqətnamələrinin icrasına yönələn əsaslandırılmış qətiyyətli mövqeyini dəfələrlə bəyan etmiş, iştirakçı dövlətlərin dəstəyini qazanmışdı.

​ Ölkəmizin daxilində sabitliyi bərqərar etmək, iqtisadi, siyasi, xüsusilə də hərbi vəziyyəti tarazlaşdırmaq, müasir hərb sənətinin sirrlərini mənimsəyən etibarlı orduya malik olmaq, öz xalqının sarsılmaz ideya və iradə birliyinə və nəhayət, qələbə zəfərinə əmin olmaq, həmçinin, Qarabağın tarixən və bütün dövrlərdə Azərbaycan torpağı olması barədə əsl həqiqəti, ermənilərin növbəti təcavüzünün yüz ildən çox müddətdə azərbaycanlılara qarşı davam edən milli düşmənçilik siyasətinin tərkib hissəsi olması barədə faktların beynəlxalq ictimaiyyətin nəzərinə çatdırılması vacib vəzifələrdən idi.

​BMT Təhlükəsizlik Şurasının icrasız qalan qətnamələrinin kağız üzərində mövcudluğuna ümid bəsləməklə işğal olunmuş ərazilərimizin taleyini, ATƏT-in Minsk qrupunun mənasız müzakirələrinə etibar etmək sadəlövhlük olardı. Onların bu fəaliyyəti sanki, daha çox, ərazilərimizin işğalını unutdurmağa yönəlmişdi. Otuz ilə yaxın müddət ərzində erməni lobbisinin güclü təsirə malik olduğu, həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ölkələrin nümayəndələrindən təşkil olunmuş bu qrupun təşəbbüsü və iştirakı ilə  ara-sıra keçirilən müzakirələr məcazi mənada “gözə kül üfürmək” təsəvvürü yaradırdı və Azərbaycan tərəfini arxayınlaşdırmaq, ötürülmüş müddəti bir qədər də uzatmaqla təcavüzkar tərəfin öz cinayətkar niyyətlərinə nail olmağa imkan verən şərait yaratmaqdan başqa bir şey deyildi.

​Müstəqil dövlətçiliyimizin qorunması və inkşafı, ölkədaxili sabitliyin təmin olunması, idarəçilik sisteminin qurulması, dövlətin iqtisadi, siyasi və hüquqi əsaslarının möhkəmləndirilməsi, milli ordunun yaradılması vəformalaşdırılması, beynəlxalq münasibətlərin və mədəni əlaqələrin inkişafı, məhz Ümummilli lider Heydər Əliyevin vətəninə, xalqına olan sarsılmaz bağlılığının, sönməz sevgisinin qüdrətindən irəli gələn misilsiz xidmətləri sayəsində mümkün oldu.

​Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev başa düşürdü ki, BMT Təhlükəsizlik Şurası qətnamələrinin uzun müddət ərzində Ermənistan tərəfindən icra olunmamasına bilərəkdən göz yumulur. Beynəlxalq sənədlərdə“münaqişə” kimi qeyd olunan bu təcavüzün və işğalın  danışıqlar yolu ilə həllini ikili standartlar çərçivəsində fəaliyyət göstərən ATƏT-in Minsk qrupuna həvalə olunması, yalnız təcavüzkar tərəfin mənafeyinə xidmət edir. Azərbaycanın öz hərbi gücü sayəsində torpaqlarını azad etmək iqtidarında olmasına isə inamla yanaşılmır.

​Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına dair Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və s. beynəlxalq təşkilatlartərəfindən qəbul olunan qərarlar da, təəssüf ki, təcavüzkara təsir etmək iqtidarında olmadı. Əksinə, illər ötdükcə, havadarlarına güvənərək, BMT və ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyindən azğınlaşan düşmən Dağlıq Qarabağ bölgəsinə aid olmayan Tərtər, Tovuz, Qazax, Gədəbəy, Daşkəsən rayonlarının yaşayış məntəqələrini dəmütəmadi olaraq atəşə tutur, dinc əhaliyə qarşı maddi və mənəvi zərər vurmaqda davam edirdilər.

​Otuz ilə yaxın müddət ərzində aparılan danışıqlar prosesində Azərbaycanın mövqeyi dəyişməz olmuşdur. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxarılması, ölkəmizin ərazi bütövlüyünün təmin olunması, eləcə də, bir milyona yaxın qaçqın və məcburi köçkünlərin tarixən yaşadıqları yurdlarına qayıtmaları kimi hüquqlarının bərpa olunduğu təqdirdə, Qarabağ erməni icmasına Azərbaycanın tərkibində ən yüksək muxtariyyət verilməsi məsələsinin müzakirə olunması mümkünlüyü barədə bəyanatlar irəli sürülmüşdür. Lakin qarşı tərəf işğal etdikləri əraziləri daha da genişləndirmək niyyəti ilə yenidən müharibəyə hazırlıq istiqamətində geniş miqyaslı tədbirlər görməkdə davam etmişdir.. Bu ərazilərdə hücum və müdafiə zamanı yerdəyişmələr və manevrlər etmək məqsədilə öz düşüncələri çərçivəsində keçilməz səngərlər, yeraltı sığınacaqlar qurmuş, müxtəlif növ silahlar, tanklar, hərbi maşınlar, təyyarələr, raket qurğuları və s. əldə etmişlər.

​ Dünyanın bir nömrəli terroristi imicini qazanmışSorosun yetişdirməsi olan Paşinyan “Sorosizm”-in Ermənistanda çox geniş yayılmış təşkilatları və tərəfdaşlarının köməyi ilə Qarabağ qanqsterlərindən olanSərkisyanın hakimiyyətini devirərək baş nazir vəzifəsini tutdu. Hakimiyyəti zəbt etdikdən az müddət sonra bənzəri olmayan azğınlıqla Xankəndində “Qarabağ ermənistandır,nöqtə”–deyib, bəyanat səsləndirdi və bununla da BMT qətnamələrini icra etməyəcəyini və Minsk qrupunun iştirakı ilə aparılan sülh danışıqlarının əhəmiyyətsizliyini dünyayanümayiş etdirdi. Bundan sonra, əsabələri ilə birlikdə Azərbaycanın qürur mənbəyi olan Şuşa şəhərinə gedərək,vaxtilə Qarabağ xanlarının yarışlar təşkil etdiyi Cıdır düzündə, sərxoş vəziyyətdə nümayişkaranə tərzdə rəqs etməyi özünə rəva bildi.

​Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenə də səbr və dözüm nümayiş etdirdi və beynəlxalq təşkilatların iclaslarında dəfələrlə mövcud reallığı Paşinyanın simasında Ermənistana anlatmağa cəhdlər etdi. Sonuncu dəfə isə Münhen Təhlükəsizlik Konfransında müxbirin Qarabağla bağlı sualları əsasında keçirilən debatda, haqqa-ədalətə söykənərək, tarixi faktlara əsaslanan dəlillərlə beynəlxalq qanun və konvensiyalara, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə istinad etməklə, Qarabağın Azərbaycanın tarixi ərazisi olmasını bir daha sübuta yetirdi. Əvvəlki şərtlərinə sadiq qalaraq, Ermənistanın silahlı ordu hissələrini Azərbaycan torpaqlarından çıxardığı təqdirdəQarabağ erməni icmasının normal şəraitlə təmin olunacağını və bundan sonra onların status məsələsinin müzakirə oluna biləcəyni bir daha dilə gətirdi. Eyni zamanda, təkrarən nəzərə çatdırdı ki, beynəlxalq təşkilatların qərar və qətnamələri icra olunmadığı təqdirdə Azərbaycan xalqı BMT Təhlükəsizlik Şurası Nizamnaməsinin müvafiq normalarına uyğun olaraq,ərazilərinin işğaldan azad edilməsi hüququnu özündə saxlayır. Tarixi reallıqdan və Beynəlxalq hüquq normalarından, bixəbər Paşinyanın məna və mahiyyət kəsb etməyən, eybəcərləşdirilmiş şəkildə ifadə etdiyi söz qırıntıları isə onu tədbir iştirakçılarının qarşısında gülünc vəziyyətə saldı. Siyasi müstəvidə Azərbaycan Prezidentinə biabırcasına uduzduğunu dərk edənPaşinyan ac toyuq yuxusunda darı gördüyü kimi, daha geniş əraziləri işğal etmək xülyası ilə öz gücünü hərbi sahədə nümayiş etdirəcəyinə ümidlə yanaşdı.

​ Artıq dünyanın güclü ordular sırasına daxil olan Azərbaycan ordusunun Ali Baş Komandanı İlham Əliyevin uzun illər ərzində göstərdiyi dözüm və səbrinin tükəndiyi son zərurət şəraitində, Ermənistan ordusunun silahlı qüvvələri 27 sentyabr 2020-ci il tarixdə səhər saat 6-daAzərbaycanın yaşayış məntəqələrini iri çaplı ağır artileriya silahlarından atəşə  tutdu.  Müxtəlif tipli ağır texnikanın sərhədlərimizi pozaraq  yaşayış məntəqələrimizəmütəşəkkil hücumu göstərdi ki, düşmənin  növbəti təcavüzü açıq-aşkar yeni ərazilərimizin işğalına, dinc əhalinin məhv edilməsinə yönəlib.

​ Ali Baş Komandan İlham Əliyevin illərdir,torpaqlarımızın düşməndən hərbi yolla azad edilməsi üçün susamış əsgərlərimizə, İRƏLİ!” əmr komandasını ordumuz bayram əhval-ruhiyyəsi ilə qarşıladı və dərhal düşmənin cəbhə boyu hücumunun  qarşısını kəsərək onuitkilər verib  geriyə çəkilməyə məcbur etdi. Düşmən yerdəyişmə manevrləri tətbiq etməklə bir neçə dəfə hücum taktikasını dəyişməyə cəhd etdisə də, müharibənin ilk günlərindən Azərbaycan dövlətinin və onun ordusunun gücü ermənilərin qurduqları taktikanı və səngərləridarmadağın etdi.

​ Otuz il ərzində yaratdıqları maneələri dəf etmək nə qədər çətin olsa belə, vətəninə, xalqına, Ali Baş Komandana olan sevgi, sarsılmaz milli ruh, habelədüşmənin dözülməz xislətinə və xəyanətinə qarşı illərləformalaşmış nifrət hissləri ölümün gözünün içinə Şəhidlik zirvəsindən baxan əsgərlərimizi zəfər qələbəsi naminə yalnız irəli apardı.

​Qırx dörd gün davam edən Vətən müharibəsi,  hər bir azərbaycanlıya həyəcan dolu qürurverici təəsüratlar, xoşbəxt anlar bəxş etdi. Məğrur və igid əsgərlərimizindöyüş meydanında göstərdikləri yenilməz şücaət,qəhrəmanlıq nümunələri Milli hərb tariximizə, eləcə də xalqımızın yaddaşına Azərbaycan əsgərinin döyüş salnaməsi kimi həkk olundu.

​ İkinci Vətən müharibəsi başladığı ilk anlardanAzərbaycan ordusunun Ali Baş Komandanı İlham Əliyevin qələbə əzminə, nikbin əhval-ruhiyyəyə malik olması hərkəsdə, hətta cəbhədə düşmənlə qarşı-qarşıya döyüşən və hər an şəhid olmağa hazır olan əsgərlərimizdə böyük ruhyüksəkliyi, qələbəyə inam yaradırdı. Düşmən qüvvələrininmüqavimətini qırıb, igid əsgərlərimizin irəliyə doğru atdıqları hər addım, dəf olunan istehkamlar gecəli-gündüzlü nəzarətdə olmaqla, hər bir yüksəkliyin, kəndin, rayonun, şəhərin azad edilməsini televiziya ekranları vasitəsilə canlı yayımda məhz, Ali Baş Komandanın özü tərəfindən hər kəsin qəlbini oxşayan səmimi ifadələrlə xalqımıza elan etməsi hər bir azərbaycanlının, otuz il ərzində qəlbində yaşatdığı niskilli hisslərin əbədi xoşbəxtlik duyğuları ilə əvəz olunmasına, bütün dünya azərbaycanlılarının ümummilli bayramına çevrilirək xüsusitəntənə ilə qeyd olunurdu.

​Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan ordusunun Baş Komandanı İlham Əliyevin, beynəlxalq tədbirlərdə erməni diasporasının Azərbaycanın əleyhinə apardığı uydurma və yalanların ifşa olunmasını,  Qarabağ torpaqlarının tarixən və hər zaman Azərbaycana məxsusolmasını, Ermənistanın Azərbaycana qarşı təcavüzkar və işğalçılıq siyasətinin əsl mahiyyətini, BMT qətnamələrinin icra olunmamasında maraqlı olan qüvvələrin riyakarmünasibətlərini əks etdirən, həmçinin Azərbaycanın haqlı və ədalətli mövqeyini dünyaya çatdıran tarixi faktlara, beynəlxalq hüquq normalarına əsaslanan çıxışları,Almaniya, İngiltərə, ABŞ, Rusiya, Fransa və digər  ölkələrin kütləvi informasiya vasitələrinin agentliklərinəverdiyi çoxsaylı müsahibələri erməni şovinistlərinin uzun illər ərzində apardığı antiazərbaycan təbliğatını alt-üst etdi.Erməni millətçilərinin uydurulmuş və quraşdırılmış yalanları üzərində qazanılan bu uğur,uzun illər öz yerini tapmaqda çətinliklərlə qarşılaşan, şər qüvvələrin sərt müqaviməti ilə üzləşən Haqqın və Ədalətin nəhayət ki,nail olduğu  Zəfər qələbəsi idi.  

​Əslində, Heydər Əliyev kimi vətənpərvər, müdrik və dövlət idarəçiliyində böyük təcrübəyə malik siyasi dövlət xadiminin  təlim-tərbiyəsi mühitində formalaşması İlham Əliyevin xarizmatik şəxsiyyət və siyasi xadim kimi yetişməsində rolu əvəzsizdir. Bir sıra Rusiyasiyasətçilərinin İlham Əliyevin beynəlxalq hüquq sahəsində yüksək biliyə malik olması və dövlət rəhbəri kimi yetişməsində, həm də, təhsil aldığı Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunu olmasına dair qürur duyduqları barədə  fikirlərl də diqqətəlayiqdir.

​Ölkəmizin iqtisadi, siyasi və hüquqi əsaslarının möhkəmlənməsi, xalqımızın maddi rifahının yaxşılaşması,təhsil, səhiyyə, hərbi, idman və digər sahələrdə əldə olunan misilsiz nailiyyətlər Azərbaycan Prezidenti və Ali Baş Komandan İlham Əliyevin gərgin əməyi və məqsədyönlü fəaliyyətinin, vətəninə, xalqına sarsılmaz sevgisinin təzahürüdür, ən başlıcası isə Ümummilli liderindövlətçilik ideyalarına, onun nəsihət və vəsiyyətlərinəsadiqliyin və yerinə yetirməsinin nəticəsi olması danılmazdır. 

​ Ulu Öndər 2003-cü il prezident seçkilərində xalqa müraciət edərək İlham Əliyev barəsində demişdi: “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir… İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

​Azərbaycan Prezidenti, Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyev xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müqəddəs vəsiyyətini ölkə həyatının bütün sahələri ilə yanaşı, həm diplomatiya müstəvisində,həm döyüş meydanında yenilməz bilik və bacarıq, mərdlikvə cəsarət nümayiş etdirməklə, Azərbaycan Ordusunun fədakarlığı və igidliyi sayəsində işğal altında olan ərazilərimizi erməni faşistlərindən azad etdi.

​Ali Baş Komandan Şuşa şəhərinin işğaldan azad olunduğu 8 noyabr 2020-ci il tarixdə Ulu Öndərin məzarını ziyarət edərək qürurla, bir az da kövrək duyğularla atasının ruhu qarşısında baş əydi, ata vəsiyyətini yerinə yetirdiyindən xoşbəxt olduğunu ifadə etdi.

​Ümummilli Liderin, oğlu İlham Əliyevə milli qürurumuzun rəhni olan bu vəsiyyəti və onun ən yüksək səviyyədə yerinə yetirilməsi Azərbaycanın müasir tarixində xalqımızın mənəvi dəyərlərini zənginləşdirən parlaqsəhifələrdəndir.

​Dünyada sülhə, beynəlmiləlçiliyə və qanunlara, eyni zamanda öz milli adət və ənənələrinə, tarixi-irsi, mədəni və dini abidələrinə önəm verən Azərbaycan, hansı millətə, dinə mənsub olmasından asılı olmayaraq, başqa ölkələrinvə xalqların da mənəvi dəyərlərinə həmişə  tolerant münasibət nümayiş etdirmiş, yüksək həssaslıqla və incə düşüncələrlə yanaşmışdır.

​ Humanizmin və xeyirxahlığın nümunəsi olanölkəmizə qarşı mədəni və mənəvi dəyərləri anlamaq və qiymətləndirmək iqtidarında olmayan bəzi ölkələrin hakimiyyət rəhbərlərinin qeyri-adekvat və eyni zamanda, açıqdan-açığa beynəlxalq hüquq normalarına zidd mövqe nümayiş etdirməsi təəccüb və təəssüf doğurur. Eyni zamanda, bu münasibətin erməni diasporasının həmin ölkələrdə prezident seçkiləri zamanı təsir edici imkanlarından sui-istifadəsi ilə əlaqədar olması dilemması da anlaşılandır.

​Son illərdə multikulturalizmin həm ölkə daxilində həm də beynəlxalq səviyyədə təbliğ olunması və inkşafında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanımƏliyevanın rolu əvəzolunmazdır. Onun həyata keçirdiyiçoxşaxəli xeyirxah missiyalar neçə-neçə ağır xəstəliyə düçar olanların, şikəst insanların, müharibə əlillərinin müalicə olunub şəfa tapmasina yardımçı olmuşdur.Təbii fəlakət və düşmən təcavüzü nəticəsində zərər çəkmiş ailələrə göstərilən maddi və tibbi yardımlarla yanaşı, milli mənşəyindən asili olmayaraq ölkəmizin daxilində, həm də  xarici ölkələrin ərazisində beynəlxalq əhəmiyyətə malik tarixi, dini mədəni abidələrin təmirinə və bərpasınagöstərilən əvəzsiz diqqət Azərbaycanın dünyada mədəni və mənəvi dəyərlərə verdiyi dayanıqlı önəm və qiymətin təzahürüdür. .

​Əfsuslar olsun ki, Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğu müddət  ərzində həminərazilərimizdə  vəhşiliklərə məruz qalmış təkcə müsəlman dünyasına deyil, başqa mədəniyyətlərə və dinlərə məxsusabidələr də məhv edilmiş, yaxud yararsız vəziyyətə salınmışdır. Qədim albanlara məxsus abidələrin qalıqları,qəbirlər də daxil olmaqla, sökülüb saxtalaşdırılaraq onların gələcəkdə ermənilərin öz əcdadlarına məxsusluğu barədə rəylər yaratmağa cəhdlər göstərilmişdir. 

​Bu ərazilərin illər və əsrlər boyu azərbaycanlıların qədim yaşayış yerləri olmasını həyasızcasına inkar etməyə cəhd edən ermənilər ağına-bozuna baxmadan milli ədavət zəminində Azərbaycanın tarixinə aid olan qalaları, qədim mağaraları, tarixi incəsənət abidələrini, muzeyləri, məktəbləri,kitabxanaları söküb dağıtmışlar. Şərq dünyasının musiqi korifeyləri olan Üzeyir Hacıbəyovun, Bülbülün, görkəmli siyasi xadim və şair Xurşudbani Natəvanın və digərlərinin abidələrini odlu silahlardan atəşə tutaraq gülləbaran etmişlər.

​Erməni şovinistlərinin dini ocaqlara münasibəti də dəyişməz olmuşdur. İşğal olunmuş ərazilərdə qəbristanlıqlar məhv edilmiş, 70-dən çox məscid və dini məbədlər dağıdılmış, qalan bir neçəsi isə, təkcə azərbaycanlıların deyil, dünya xalqlarının mənəvi dəyərlərini təhqir edərək bu müqəddəs ocaqları tövlə qismində istifadə etməkdən belə çəkinməmişlər. Qarabağ ərazisində yaşadıqları evlərin bir hissəsi istisna olmaqla, işğal edilmiş şəhər və rayonların hər birində evlər vəbinalar dağıdılmış, yaşayış və qeyri yaşayış binalarının qapıları, pəncərələri sökülərək aparılmışdır.

​ Bu gün dünyanın xüsusi olaraq diqqətində olan ətraf mühitin, fauna və flora ehtiyatlarının, o cümlədən,meşələrin qorunmasının prioritet istiqamətlərindən olduğu bir zamanda, işğal altında olmuş ərazilər xarabazara çevrilmiş, meşələr qarət olunmuş, ağaclar kəsilib aparılmış, yaxud yandırılaraq məhv edilmişdir. Təslim aktı imzalandıqdan sonra köçə-köç durumda da  azad etməli olduqları ərazilərdə, işğaldan əvvəl azərbaycanlılara məxsus olmuş evləri və onlara bitişik təsərrüfat sahələrinidünyanın gözü qarşısında əvvəlcə qarət və talan edib, sonra da od vurub yandırmaqla məhv etmələri, dahişəxsiyyətlərin, bu millətin ən yararsız məxluq olmaları barədə fikirlərinin həqiqət olduğunu bir daha sübuta yetirdi.

​Ermənistanın qonşu ölkələrə qarşı torpaq iddiaları, bu zəmində Azərbaycana qarşı törətdikləri təcavüzkar siyasət, onların “Dənizdən dənizə Böyük Ermənistan” yaratmaq kimi mif ideyalarını həyata keçirmək barədə xülyalarına xidmət etməklə, azərbaycanlıların milli etnik zəmində məhv edilməsi və ərazilərini mənimsəməyə yönəlmişdir.

​ Baxmayaraq ki, Ermənistan dövlət olaraq, Azərbaycanın qədim torpaqlarında təşəkkül tapmış, lakin,  Azərbaycan  heç zaman Ermənistana qarşı heç vaxt heçbir iddia irəli sürməmişdir. Ermənistan isə, uzun illər boyu qarşılıqlı münasibətlərin yaxşılaşmasına səy göstərən Azərbaycana qarşı şovinist, təcavüzkar və işğalçılıqsiyasətindən əl çəkmir. Erməni təcavüzünün sonuncu dalğasına qədər müddət ərzində Azərbaycan ərazilərində, o cümlədən, Bakı şəhərində yaşayan ermənilərinazərbaycanlılar tərəfindən onlara münasibətdə milli ayrıseçkiliklə qarşılaşmaları barədə hər hansı fakt belə mövcud olmamış və yaxud qeydə alınmamışdır. Əksinə,iki millət arasında qarşılıqlı münasibətlərin normal qayeyə yönəldiyi barədə fakt o zaman Bakı sakini olmuş hər kəstərəfindən, o cümlədən, ermənilərin özləri də təsdiq edəbilər.

​ Lakin, hər dəfə olduğu kimi, erməni şovinistləri bu dəfə də öz çirkin niyyətlərini həyata keçirmək məqsədiləartıq normal xarakter almış milli münasibətlərə yenidən düşmənçilik toxumu səpdi, bu münasibətlərə elə bir zərbə vurdu ki, nəticələrinin yaxın on illər ərzində sağalacağına inanmaq sadəlövhlük olardı.

​Beynəlxalq qanunlara, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayan, güzəştli təkliflərlə razılaşmayan və sonda “Qarabağ Ermənistandır” deyərək dünya qanunlarına və Azərbaycana meydan oxuyanErmənistanın baş naziri Paşinyan müharibənin ilk günlərindən Azərbaycan Ordusunun və onun Ali Baş Komandanı İlham Əliyevin qarşısında tab gətirə bilməyəcəyini nəhayət ki, anladı. Ayrı-ayrı ölkələrin rəhbərlərini dini, milli və digər həssas zəminlərdə uydurmatəxribatlarla Azərbaycana qarşı qızışdırmağa cəhd etməklə, yalvarıb onlardan hərbi kömək dilənirdi. Lakin, artıq haqqın, ədalətin Azərbaycan tərəfində olduğu barədə məlumatlı olan müvafiq ölkələrin rəhbərləri onun bu dilənçiliyini milli mentalitetlərinə uyğun təxribatlar olduğunu dərk edərək başlarından rədd edirdilər. Təkrar telefon əlaqəsi saxlamaq cəhdi, şübhəsiz ki, baş tutmurdu.Bundan sonra müharibə gedən ərazilərdən uzaq məsafədə yerləşən, dinc insanların sıx yaşadığı Gəncə, Bərdə, Ağcabədi, Xızı, Tərtər və digər şəhərləri,əksər hallarda əhalinin yatmış olduğu gecə vaxtı ballistik raketlərlə atəşə tutdu. Geniş miqyasda dağıntılara, habelə, qoca, qadın,azyaşlı uşaqlar da daxil olmaqla dinc insanların, bir sıra hallarda ailələrin faciəsi ilə nəticələnəntəxribatlar törətməkdən  belə çəkinmədi. Türkiyə hərbiçilərinin, daha sonra suriyalıların Azərbaycan tərəfində vuruşmaları barədə tamamilə uydurulmuş yalan məlumatlar yaymaqla Rusiya və Türkiyə qarşıdurması yaratmağa, bu qarşıdurma fonunda bəşəriyyət əleyhinətörətdiyi hərbi və terror cinayətlərini və Azərbaycan Ordusu qarşısında biabırçı məğlubiyyətini ört-basdır etməyə cəhd edirdi.

​ Lakin, Azərbaycan Prezidenti, Türkiyə və Rusiya dövlət başçıları bu təxribatların mahiyyətini və məqsədini düzgün qiymətləndirərək, düşmənin fitnəkar niyyətlərinə nail olmağa imkan vermədi. Hər kəs anladı ki,Azərbaycanın məqsədi öz hərbi gücü sayəsində öztorpaqlarını işğaldan azad etmək, düşmənin hərbi qüvvələrini ərazilərimizdən qovub çıxarmaq, vətənimizin müdafiəsini təmin etməkdən ibarət idi və buna da nail oldu.

​44 gün davam edən müharibədə məğlub olan Ermənistan, baş nazir Paşinyanın simasında Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi və iştirakı ilə təslimaktını imzalayaraq Azərbaycan Prezidentinin qarşısında diz çökdü, qalan üç rayonu və ətraf əraziləri qısa müddət ərzində könüllü olaraq Azərbaycana təhvil vermək barədə öhdəlik qəbul etdi.

​Beynəlxalq qanunlarla, BMT-nin qətnamələri ilə əsaslandırılmış haqlı və ədalətli mövqeyinə arxalanaraq,Azərbaycan təcavüzkar düşmənə qarşı Ali Baş Komandan İlham Əliyevin yaratdığı qüdrətli ordunun döyüş taktikası və yenilməz şücaəti sayəsində düşməni ərazilərimizdənqovub çıxararaq torpaqlarımızı geri qaytardı.

​ Azərbaycan üçün bu müharibə təcavüzkar və işğalçı düşmənə qarşı doğma torpaqlarının azadlığı uğrunda apardığı Vətən müharibəsi idi. Döyüşlərdə həlak olmuşgənclərimiz Vətən torpaqları uğrunda şəhidlik zirvəsinə yüksələn, həmişə xalqımızın qəlbində yaşayacaq Vətəninin şanlı və qəhrəman oğullarıdır.

​Erməni şovinistlərinin qonşu torpaqlarına təcavüzü məqsədilə müharibəyə cəlb etdikləri övladlarının hansı niyyətlər və dəyərlər uğrunda, kimlərin təqsiri üzündən həlak olmaları, şübhəsiz ki, düşündürücüdür və çoxlu sayda suallar doğurur. Onları bu müharibəyə təhrik edən, yalnız mənfur və iyrənc məqsədlər güdən xəyanətkar qüvvələr hər addımda meydana çıxan yüzlərlə  suala cavab verməlidir.  

​ Ona görə bu gün də Ermənistanda hakimiyyət uğrunda dəridən-qabıqdan çıxan əsl günahkarların şovinist və məkrli əməllərinə hüquqi qiymət verilməsi hər iki xalqın qarşısında duran ən vacib və təxirəsalınmaz məsələlərdəndir. 1988-ci ildən başlamış qanlı hadisələrin səbəbkarları, Ermənistana rəhbərlik etmək iddiasında olmuş və minlərlə insanların qanı bahasına 30 ilə yaxın müddət ərzində məkrli niyyətlərini həyata keçirdikləri Qarabağ qanqsterləri Köçəryanın, Sərkisyanın, eləcə də,onlara havadarlıq edən Qorbaçovun və onun köməkçiləri olmuş Aqambekyanın, Şahnazaryanın və digərlərinin Azərbaycana, həmçinin erməni  xalqına vurduğu maddi, mənəvi zərərin ölçü vahidi yoxdur. Vurulan maddi zərərimilyardlarla hesablamaq mümkün olsa belə, bundan sonra, əsrlər boyu qonşu ölkə olaraq yanaşı yaşamağa məcbur olacaq iki millət arasında kəskin xarakter almış düşmənçilik münasibətlərinin davam edəcəyinə zəmin yaradan amillər ciddidir, hədsizdir, uzun illər xatirələrdən silinməzdir. Bəşəri dəyərlərə və insanlığa qarşı törədilən bu cinayətlərin təşkilatçı və təhrikçi subyektləri olan məlum şəxslərin əməllərinə hüquqi qiymət verilmədiyi və layiq olduqları cəzalara məhkum olmadıqları halda, gələcəkdəədavətin və düşmənçiliyin daha faciəli və yüz illərlə davam edən nəticələri istisna olunmur.

​Ona görə də erməni xalqı gələcək nəsillərin normal qonşuluq şəraitində yaşamaları naminə azərbaycanlılara qarşı qəlbində yaşatdığı və övladlarına nəsihət etdiyi hər cür kin-küdurəti, milli ədavəti, şovinizmi, xəyanəti təbliğ edən zərərli ideyalardan imtina etməli və düşmənçiliyə son qoymalıdır. Haqqı-ədaləti, insanlığı, sülhü, əminamanlığı, gələcək nəsillərin xoşbəxtliyini hər cür şəxsi və milli ambisiyalardan üstün tutmalı, milli zəmində düşmənçiliyi təbliğ edən ayrı-ayrı yırtıcı və şovinist qüvvələrin, törətdikləri bəşəri və hərbi cinayətlərə görə mühakiməedilməsində maraqlı olmalıdırlar.

Hüseyn Əlixanov,

Ədliyyə General Mayoru

Həmçinin oxuyun

Rusiyadan Azərbaycana kəsim üçün gətirilən əti monopoliyada saxlayan kimlərdi?..-Video

Azinforum.az Rusiyadan kəsim üçün Azərbaycana gətirilən ətin monopoliyasına nəzarət edən şəbəkə ilə bağlı maraqlı araşdırma …