Cümə , Aprel 26 2024
Ana səhifə / Manşet / ƏLİ İNSANOV TÜRMƏDƏ VERDİYİ HANSI SÖZƏ ƏMƏL ETMƏDİ?

ƏLİ İNSANOV TÜRMƏDƏ VERDİYİ HANSI SÖZƏ ƏMƏL ETMƏDİ?

Əli İnsanovun verdiyi müsahibə ilə tanış oldum. Adam liderlik və prezident olmaq arzusunu açıq ortaya qoyur. Normaldır, bu, onun Konstitusiya ilə təsbit edilmiş haqqıdır. Amma diqqətimi vacib bir məqam çəkdiyi üçün, bu məsələnin üzərindən sükutla keçə bilmədim.

Ölkəni idarə etmək iddiasında olan lider həm də, vacib olan kriteriyalara sahib olmalıdır. Bu, mütləqdir! Belə kriteriyalardan ən vacibi – sözünə bütöv olmaqdır. Məsələyə elə Əli İnsanovun baxış prizmasından, yəni cinayət aləminin qanunları kontekstindən yanaşsaq, onda bilin ki, türmədə söz verib üstündə durmayan adama, “fufloşik” deyirlər.

Elə bilirəm ki, türmə qanunlarına hörmət edən heç bir şəxs bu adı daşımaq istəməz. Cinayət aləmi ilə bağlı paraleli Əli İnsanov həbsdə çıxan gün, həmin yazılmayan qanunlara sayğı ifadə etdiyi ilə bağlı səsləndirdiyi fikirlərə görə apardım. Əli İnsanovun isə türmədə verdiyi sözünü tutmadığına dair fikirləri hörmətli həmkarlarım Əvəz Zeynallı və Pərviz Həşimlinin yazdıqlarına əsasən söyləyirəm.

Əvəz Zeynallı

Hər iki jurnalist müxtəlif vaxtlarda yazıblar ki, Əli İnsanov onlara həbsdə söz verib ki, azadlıqda ilk müsahibəni məhz onlara verəcək. Marqlıdır ki, İnsanov bu sözü hər bir həmkarımıza ayrı-ayrılıqda verib. İmanımı yandıra bilmərəm, bəlkə belə sözü türmədə rastalşdığı başqa bir həmkarımıza da verib, yəqin ki, bunun da səsi çıxacaq.

Pərviz Həşimli

İstənilən halda, bu qənaət hasil oldu ki, Əli İnsanov həm lider, həm ağsaqqal, həm də “zek” kimi verdiyi sözü tutmayıb və azadlıqda ilk müsahibəsini yerli, onunla türmə yoldaşı olan jurnlaistlərə deyil, məhz ABŞ dövləti tərəfindən maliyyələşdirilən “Amerikanın səsi”nə verdi. Yəqin ki, hər iki həmkarımız belə bir söhbətin olduğunu inkar etməzlər, çünki belə bir söhbətin olduğunu özləri yazıblar.

Amma ola bilər ki, ağsaqqalı təmizə çıxarmaq üçün, hansısa əsassız arqument irəli sürsünlər. İstənilən halda, bunu Əli İnsanovun ünvanına yazıla biləcək mənfi xal kimi dəyərləndirirəm…

Məhəmmədəli QƏRİBLİ,

Azinforum.az

Həmçinin oxuyun

“Azərbaycanda narkotikin yayılmasını yuxarı səviyyədə himayə edirlər”

Elm və Təhsil Nazirliyinin tabeliyində olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Meydan TV-yə …