Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Zenfiranın ərinin maşınından 15 min oğurlayan “moyşik” tutuldu

Zenfiranın ərinin maşınından 15 min oğurlayan “moyşik” tutuldu

Bakıda avtoyuma məntəqəsində maşından 15 min manat oğurlayan işçi saxlanılıb.

DİN Mətbuat xidmətindən bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı rayon ərazisində yerləşən avtoyuma məntəqələrindən birində nəqliyyat vasitəsindən 15 min manat oğurlayan Asəf Şirvanov tutulub. Araşdırma zamanı bu şəxsin həmin məntəqədə işlədiyi və əvvəllər də oğurluq etdiyi üçün məhkum olunduğu müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, sözügedən oğurluq müğənni Zenfira İbrahimovanın ərinin maşınında törədilmişdi. Belə ki, o, bir neçə gün öncə instaqramdakı videopaylaşımında qeyd etmişdi ki, həyat yoldaşı Anar Heydərovun maşınından kimliyi məlum olmayan şəxs pulu 15 min manatı götürərək qaçıb.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …