Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Yoldaşları ilə Şahdağa istirahətə gedən şagird selfi çəkərkən öldü

Yoldaşları ilə Şahdağa istirahətə gedən şagird selfi çəkərkən öldü

Qusarda faciəvi şəkildə vəfat edən yeniyetmənin ölümü ilə bağlı detallar məlum olub.

“Qafqazinfo” xəbər verir ki, 2008-ci il təvəllüdlü Nihad Rüstəmli birgə təhsil aldığı hazırlıq kursunun şagirdləri ilə razılaşaraq Şahdağa səyahətə gediblər.

Laza kəndinin ərazisində piyada yolu ilə qayanın yuxarı hissəsinə çıxan Nihad orada ayağının sürüşməsi nəticəsində yıxılıb və hadisə yerində vəfat edib. Onun selfi çəkdirmək məqsədilə hündürlüyə çıxdığı bildirilir. 

Hadisə zamanı N.Rüstəmlidən başqa xəsarət alan şəxs olmayıb. Faktla bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …