Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Xüsusi təyinatlılar azərbaycanlı insan qaçaqçısını belə yaxaladı (VİDEO)

Xüsusi təyinatlılar azərbaycanlı insan qaçaqçısını belə yaxaladı (VİDEO)

Belarus xüsusi təyinatlıları Vyetnamdan olan 11 qeyri-leqal miqrantı Avropa İttifaqı ərazisinə keçirmək üçün aparan beynəlxalq mütəşəkkil cinayətkar qruplaşmaya qarşı Minsk yaxınlığında əməliyyat keçirib.
Virtualaz.org xəbər verir ki, sərhəd xidmətinin xüsusi təyinatlıları Minsk vilayətinin Rakova rayonunda silah tətbiq etməklə qruplaşmanın üzvlərini yaxalayıblar. Əməliyyat-axtarı tədbirlərinin nəticəsi olaraq Minsk ətrafındakı şosse yolda içərisində miqrantlar olan 3 avtomobil saxlanılıb. “Qanunsuz miqrasiyanın təşkilatçısı olan 33 yaşlı Azərbaycan vətəndaşı və miqrantları daşıyan iki Belarus vətəndaşı, habelə Çeçenistandan olan iki müşaiyətçi saxlanılıb” – Dövlət Sərhəd Komitəsi bildirir.
Sərhədçilərin bildirdiyinə görə qeyri-leqal miqrantlar Belarus ərazisi ilə sərhədə tərəf aparılırdı və mütəşəkkil qruplaşma Qrodno istiqamətindən onları Avropa İttifaqı ərazisinə keçirməyi planlaşdırırdı. Miqrantların heç birinin üzərində şəxsiyyətlərini təsdiq edən sənəd olmayıb. Qruplaşma üzvləri barədə cinayət işi qaldırılıb.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …