Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / “Veysəloğlu” şirkətlər qrupu Bakı Mühəndislik Universiteti ilə əməkdaşlıq protokolu imzalayıb

“Veysəloğlu” şirkətlər qrupu Bakı Mühəndislik Universiteti ilə əməkdaşlıq protokolu imzalayıb

“Veysəloğlu” şirkətlər qrupu Bakı Mühəndislik Universiteti ilə əməkdaşlıq protokolu imzalayıb.

Azinforum.az xəbər verir ki, müqaviləyə əsasən tərəflər birgə tədbirlər, treninqlər keçirəcək, universitet tələbələri şirkətdə ixtisaslarına uyğun təcrübə keçəcək, istehsalat prosesi ilə tanış olacaqlar.

Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov universitetin maddi-texniki bazasının və müəllim heyətinin yüksək səviyyədə olduğunu, mühəndislik fakültəsi ilə yanaşı, iqtisadiyyat fakültəsinin də ixtisaslı kadr hazırladığını diqqətə çatdırıb. Rektor, həmçinin hazırda universitetdə yüksək balla qəbul olunmuş tələbələrin və çoxsaylı Prezident təqaüdçülərinin təhsil aldığını bildirib. Gələcək planlardan danışan rektor ölkəmiz üçün ehtiyac olan yeni ixtisaslar üzrə də kadr hazırlığının aparılacağını qeyd edib.

Şirkətin fəaliyyəti haqqında ətraflı məlumat verən “Veysəloğlu” şirkətlər qrupunun nümayəndələri əsas məqsədlərinin ölkəmizin milli iqtisadiyyatının inkişafına töhfə vermək olduğunu bildiriblər. Qeyd edilib ki, bunun üçün maliyyə və texnologiyadan öncə savadlı və bacarıqlı kadrlara ehtiyac var. Kadrların hazırlanmasında isə universitetlərlə yanaşı, inkişaf etmək istəyən şirkətlərin də üzərinə məsuliyyət düşür. “Veysəloğlu” şirkəti bu istiqamətdə üzərinə düşən missiyanı yerinə yetirməyə hazırdır.

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …

Bir cavab yazın