Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Vəzifəli şəxslər külli miqdarda dövlət əmlakını mənimsəyiblər

Vəzifəli şəxslər külli miqdarda dövlət əmlakını mənimsəyiblər

“Qobustan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Bu barədə Baş Prokurorluqdan bildirilib.

Məlumata görə, araşdırma zamanı PHŞ-in vəzifəli şəxsləri tərəfindən külli miqdarda dövlət əmlakının mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam edir.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …