Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Ukraynada 4 azərbaycanlı hosteldə yanaraq ölüb – FOTO

Ukraynada 4 azərbaycanlı hosteldə yanaraq ölüb – FOTO

Ukraynanın Zaporojye şəhərindəki hosteldə baş verən yanğın zamanı 4 azərbaycanlı yanaraq ölüb.

“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, Anqolenko bazarı ərazisindəki hosteldə yanğın dünən gecə baş verib.

Kərpicdən olan köhnə binanın ikinci mərtəbəsi yanıb. Yanğın təxminən iki saata söndürülüb. Dörd nəfər hadisə yerində, beşinci çəxs – hostelin mühafizəçisi xəstəxanaya aparılarkən ölüb. Dörd nəfəri, o cümlədən bir uşağı xilas etmək mümkün olub.

Ölən azərbaycanlılardan 3-ü Zaporojyeyə kommersiya fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə Çerniqov vilayətindən gəlibmiş. Bakıdan olan dördüncü şəxs isə yaxın zamanlarda Azərbaycana qayıtmalı idi.

İlkin məlumatlara görə, yanğına elektrik sobasının cərəyana qoşulu vəziyyətdə qalması səbəb ola bilər.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …