Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Türkiyədə tanınmış iş adamının içərisində olduğu helikopter qəzaya uğrayıb, yaralılar var

Türkiyədə tanınmış iş adamının içərisində olduğu helikopter qəzaya uğrayıb, yaralılar var

Türkiyənin İstanbul şəhərində helikopter qəzaya uğrayıb.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, hadisə nəticəsində OTOKAR-ın İdarə Heyətinin üzvü Halil İbrahim Ünver və pilot İsmet Özgür müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, helikopter Halil İbrahim Ünverə məxsus “Ünver Havacılık” şirkətində qeydiyyatdadır və Kartaldan Sefaköyə uçurmuş.

Helikopterin ildırım vurması nəticəsində qəzaya uğradığı iddia edilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …