Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Türkiyədə azərbaycanlıların da olduğu gəmi batdı – Fotolar

Türkiyədə azərbaycanlıların da olduğu gəmi batdı – Fotolar

Türkiyənin Samsun vilayəti sahillərində Panama bayrağı altında üzən gəmi batıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Sahil Təhlükəsizlik Komandirliyi batan gəmidən yeddi ekipaj üzvünü xilas edib, 2 nəfərin isə meyitini tapıb.

Gəmidə ümumilikdə 13 ekipaj üzvünün olduğu müəyyən edilib. Onlardan 9-u Ukrayna, 2-si Azərbaycan, 2-sinin isə Rusiya vətəndaşı olduğu müəyyən edilib.

Axtarış tədbirləri davam etdirilir.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …