Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / “Təhsil eksperti Kamran Əsədovu məhkəməyə verəcəyik” – Məleykə Abbaszadədən qalmaqala reaksiya

“Təhsil eksperti Kamran Əsədovu məhkəməyə verəcəyik” – Məleykə Abbaszadədən qalmaqala reaksiya

“Hər bir abituriyentin imtahan nəticəsi yalnız onun razılığı əsasında açıqlana bilər. Üçüncü şəxsə fərdi məlumatlar çatdırıla bilməz”.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 596 bal topladığı iddia edilən Əsgəri İbrahim Əli oğlu əslində yaz imtahanında 410, yay imtahanında isə 451 bal toplayıb: “Abituriyentin 596 bal toplaması ilə bağlı iddiası qəbul olunmur. Cavab kartlarını yalnız məhkəmə prosesinə təqdim edə bilərdik. Məsələ ictimaiyyətləşdiyindən, Dövlət İmtahan Mərkəzinin nüfuzuna zərər gətirdiyinə görə təhsil eksperti Kamran Əsədovu məhkəməyə verəcəyik. Çünki ondan məsələni təkzib etməyini istəmişdik, ancaq o, bundan imtina edib”.
M.Abbaszadə bildirib ki, bu günə kimi imtahan nəticələrinin saxta olması ilə bağlı DİM-ə nə ərizə, nə də müraciət daxil olub/Report.
Xatırladaq ki, bu gün K.Əsədov adıçəkilən abituriyentə istinadən onun 596 bal topladığını, lakin qəbul siyahısında adını olmadığını açıqlayıb.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …