Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Sumqayıtda satış müdiri işçisi tərəfindən bıçaqlandı

Sumqayıtda satış müdiri işçisi tərəfindən bıçaqlandı

Sumqayıt şəhərində satış müdiri işçisi tərəfindən bıçaqlanıb.

“Report”un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Sülh küçəsində baş verib.

Məlumata görə, firmaların birində satış müdiri işləyən , Corat qəsəbə sakini, 30 yaşlı Rauf Rafiq oğlu Heybətovu işçisi, 25 yaşlı Mübariz Məmmədovla aralarında firmaya məxsus avtomobildə mübahisə yaranıb. Mübahisə zamanı M.Məmmədov satış müdirinə arxadan bir neçə bıçaq zərbəsi vurub.

R.Heybətov baş, boyun və üz nayihələrindən ağır bıçaq yarası alıb. Sürücü yaralını dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırıb. Əməliyyat olunan xəstənin vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, hadisə Mübariz Məmmədovun satış müdiri Rauf Heybətovdan xəbərsiz məhsulları oğurlayaraq satması və dəymiş ziyanı geri qaytarmaq istəməməsi səbəbindən baş verib. Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …