Trend-in məlumatına görə, bu barədə Gürcüstanın İctimai Televiziyası xəbər yayıb.

Avtobusda 50 sərnişin – müxtəlif ölkələrin, o cümlədən Rusiya vətəndaşları olub.

Bazar ertəsinə keçən gecə baş vermiş hadisə zamanı sərnişinlər dərhal avtobusu tərk etdiyindən xəsarət alan olmayıb.

Nəqliyyat vasitəsi tamamilə yanıb.

Fakt araşdırılır.