Ana səhifə / Kriminal / Süd, ət və yumurtanın qiyməti bahalaşıb

Süd, ət və yumurtanın qiyməti bahalaşıb

016-cı ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 2015-ci ilə nisbətən 2,6 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 8,9 faiz azalıb, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 3,4 faiz artıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2016-cı ilin dekabr ayında noyabr ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 2,0 faiz, o cümlədən bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri uyğun olaraq 2,5 və 1,5 faiz artıb.

Ay ərzində bitkiçilik məhsullarından buğda, arpa, kartof, xiyar, xurma, nar, naringi, armud, heyvanın istehsalçı qiymətində artım müşahidə olunub. Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Dekabr ayında heyvandarlıq məhsullarından süd, mal əti, qoyun əti, yumurtanın istehsalçı qiyməti artıb, digər heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Həmçinin oxuyun

Abşeronda dəhşətli hadisə: Yaralanan qazinin qohumu hər şeyi danışdı – VİDEO

Abşeron rayonunun Masazır qəsəbəsində baş verən bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub. Belə ki, “Bağçalı” yaşayış …

Bir cavab yazın