Cümə , Yanvar 22 2021
Ana səhifə / Kriminal / SOCAR, “Azərenerji” və AZAL özəlləşməyə gedir

SOCAR, “Azərenerji” və AZAL özəlləşməyə gedir

Virtualaz.org-a etibarlı mənbələrdən məlum olduğuna görə, qarşıdan gələn böyük özəlləşməyə bəzi dövlət inhisarılarının, o cümlədən SOCAR, “Azərenerji” və AZAL-ın obyektləri də çıxarılacaq.

Güman edildiyinə görə, Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən Dövlət Neft Şirkətinin yardımçı obyektləri, misal üçün, avtomobil təsərrüfatı özəlləşməyə çıxarıla bilər. BP şirkətinin təcrübəsi də göstərir ki, bu qədər avtomobil qarajını və sürücülər ordusunu saxlamaqdansa, elə həmin avtomobilləri icarəyə götürmək daha sərfəlifdir.

Eyni sözləri “Azərenerji” və AZAL barədə də söyləmək mümkündür.

Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən bildirildiyinə görə, istənilən şəxs özəlləşdirmə hərraclarında iştirak edə bilər. Hərraclar sentyabrın 14 və 20-də baş tutacaq.

İlk mərhələdə özəlləşməyə 138 dövlət əmlakı obyektı çıxarılacaq.

Həmçinin oxuyun

Azərbaycanda 674 koronavirus xəstəsinə cinayət işi açılıb

Ötən il ölkə üzrə daxili işlər orqanları əməkdaşları tərəfindən saxlanılan aktiv COVID-19 xəstələrinin sayı açıqlanıb. …

Bir cavab yazın